Gündəm

BMT-dən Qarabağ açıqlaması

1 Mart 2018 09:18

BMT Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyir. Bunu BMT-in baş katibi Antoniu Quterreş Ermənistanın BMT yanında daimi nümayəndəsi ilə görüşü zamanı deyib.

Tramp Qətər əmirini ABŞ-a dəvət etdi

1 Mart 2018 09:17

ABŞ prezidenti Donald Tramp və Qətər əmiri Təmim bin Həməd Al Tani arasında telefon danışığı olub. Telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub. Söhbət zamanı Tramp Qətər əmirini aprel ayında ABŞ-a səfər etməyə dəvət edib. “Söhbət zamanı tərəflər ikitərəfli münasibətlərin strateji xarakterini bir daha vurğulayıb, Vaşinqtonla Doha arasında qarşılıqlı əlaqələri möhkəmləndirmək və inkişaf etdirmək səylərini təsdiq ediblər”, məlumatda deyilir.

Tbilisidə fasad şüşəsinin düşməsi nəticəsində xəsarət alan uşaqlardan 3-ü azərbaycanlıdır

1 Mart 2018 09:16

Tbilisinin Barataşvili küçəsində üzərinə fasad şüşəsi düşmüş məktəblilərdən 3-ün azərbaycanlı olduğu məlum olub. Uşaqlar hazırda xəstəxanadadır. Onların vəziyyəti stabildir və sabah evə buraxılacağı gözlənilir. Uşaqların dediyinə görə, onlar Tbilisiyə ekskursiyaya gəliblər və dayanacaqda düşəndən sonra bədbəxt hadisə baş verib. Onlar şəhərin Zemo Poniçala qəsəbəsində yerləşən 70 saylı məktəbin şagirdləridir.

Nadir Azərbaycan xalçaları barədə kataloq hazırlanacaq

1 Mart 2018 09:15

Ölkə daxilində və xaricdə muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılan nadir Azərbaycan xalçaları barədə kataloq hazırlanacaq. Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiq edilən “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

İzləyicisinin bu şərhi onu özündən çıxardı:  "20 ildir it kimi işləyirəm"

1 Mart 2018 09:14

Keçmiş model Dəniz Akkaya İnstaqram səhifəsində etdiyi paylaşımdan sonra çox əsəbiləşib. Məclislərdən birinə getməmişdən əvvəl makiyajlı fotosunu səhifəsində yerləşdirən modelin şəklinin altına izləyicilərindən biri "Sizi biz yaratmışıq" şərhi yazıb.

“Azərbaycan xalçası” brendi yaradılacaq

1 Mart 2018 09:11

“Azerbaijan carpet” (“Azərbaycan xalçası”) brendi yaradılacaq. Bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiq edilən “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Ölkəmiz beynəlxalq kitab sərgisində

1 Mart 2018 09:10

Minskdə beynəlxalq kitab sərgi-yarmarkası açılıb. Qurumun təşkilatçılığı, ölkəmizin Belarusdakı səfirliyinin və “Azərnəşr”in iştirakı ilə ölkəmiz də sərgidə təmsil olunur.

Zaqatalada TÜKÜRPƏDƏN HADİSƏ: 4-cü sinif şagirdi intihar etdi

1 Mart 2018 09:08

Zaqatalada 4-cü sinif şagirdi intihar edib. Hadisə bu gün axşam saat 19:30 radələrində rayonun Muxax kəndində baş verib. Kənd sakini, 2007-ci il təvəllüdlü Hafiz Nazim oğlu Məmmədovun meyiti yaşadığı evin həyətyanı sahəsində inşa edilmiş təndirxanada asılı vəziyyətdə özündən böyük qardaşı tərəfindən aşkar edilib. İlkin araşdırma zamanı 11 yaşlı Hafiz Məmmədovun hələ ki, istintaqa məlum olmayan səbəbdən intihar etməsi məlum olub.

Gürcüstanda BƏDBƏXT HADİSƏ - Azərbaycanlı uşaq öldü

1 Mart 2018 09:06

Tbilisinin mərkəzindəki Barataşvili küçəsində yerləşən binaların birindən düşən pəncərə şüşəsi 6 məktəbliyə ciddi xəsarət yetirib. Yeniyetmələr xəstəxanaya yerləşdirilib. Bədbəxt hadisə nəticəsində xəsarət almış uşaqlardan biri ölüb. Bu barədə yeniyetmənin yerləşdirildiyi İnqorovka adına xəstəxanadan bildirilib. Həkimləri deyiblər ki, uşağın travmaları çox ağır olub və əməliyyat zamanı onun ürəyi dayanıb. Ölən uşağın azərbaycanlı, 14 yaşlı Aslan Məmmədov olduğu açıqlanıb. Uşağın şəxsiyyəti Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin başsağlığı mesajında qeyd olunub.

Multikulturalizmin Azərbaycan modelindən bəhs edən kitab təqdim olundu

28 Fevral 2018 19:57

Azərbaycan Dillər Universitetinin Gəncə şəhərində məskunlaşmış Kəlbəcər qaçqınlarının təhsil aldıqları 1 saylı məktəbdəki pedaqoji təcrübə rəhbəri Anar Rəhimovun təşkilatçılığı ilə “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” adlı kitabının təqdimatı keçirilib. Təqdimat mərasimində məktəb rəhbərliyi, pedaqoji kollektiv və şagirdlər, Kəlbəcər məktəblərinin direktorları, rayon təhsil idarəsinin mütəxəssisləri iştirak edib.

Onlayn-oyunlar və əyləncələrin faydası

28 Fevral 2018 19:10

Oyun avtomatlarını və istənilən başqa qumar oyunlarını adətən təhlükəli və zərərli həvəslərə aid edirlər. Bu məşhur hobbiyə belə qərəzli münasibət nə qədər ədalətlidir? Belə bir fikir mövcuddur ki, onlayn-oyunlar insanın psixikasına və fiziologiyasına müsbət təsiri göstərməyə bacarıqlıdır.

Bakının arxiyepiskopu fəxri fərmanla təltif olundu

28 Fevral 2018 19:10

Ulu öndər Heydər Əliyevin banisi olduğu və bu gün Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi dövlət siyasəti nəticəsində getdikcə möhkəmlənən, ölkəmizdə insan kapitalının formalaşması və zənginləşməsini təmin edən azərbaycançılıq məfkurəsi zəminində milli mənəvi dəyərlərimizin, mədəniyyətimizin və milli sərvətimiz hesab edilən dilimizin təbliği Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əsas fəaliyyət istiqamətlərindən biridir. Fondun “Azərbaycan dilini öyrənirik” layihəsi çərçivəsində artıq üçüncü ildir ki, Rus Pravoslav kilsələrində, eləcə də Alban-Udi xristian icmasında “Azərbaycan dili” üzrə təlim kursları təşkil olunub. Dövlət dilini rusdilli vətəndaşlara təcrübəli dil və ədəbyyat müəllimləri tədris edirlər. Hər il kursu uğurla bitirənlərə müvafiq sertifikatlar təqdim olunur. Dinləyicilər Bilik Fondu tərəfindən dərslik və lüğətlərlə, danışıq kitabçaları və əyani vəsaitlərlə təmin edilirlər. Həmçinin təlimlər zamanı onlar Azərbaycan dilində film və teatr tamaşalarına dəvət edilir, muzey və sərgilərlə tanış olur, tanınmış yazıçılar və mədəniyyət xadimləri ilə görüşür, fondun maarifləndirici layihələrinə qatılırlar. Bu barədəOlaylar.az - a  Bi

"Bizim son istifadə tariximiz yoxdur"

28 Fevral 2018 19:05

44 yaşlı alman model Haydi Klum maraqlı açıqlamalar verib.  Məlumata görə, tolk-şouya qatılan model yaşına rəğmən karyerasını davam etdirməsinə riad bildirənlərə bu cavabı evrib: “Mənim yaşda olan xeyli qadın var.