Gündəm
Ucuz və keyfiyyətsiz qulaqcıqlar TƏHLÜKƏLİDİR - VİDEO
Hazırda satışda kifayət qədər ucuz və keyfiyyətsiz telefon qulaqcıqları var. Mütəxəsislər isə belə qulaqcıqların zərərləri ilə bağlı ciddi xəbərdarlıq edir. Qiyməti 70 qəpik və 1 manat arasında dəyişir. Bu cür qulaqcıqlara bir çox yerlərdə xüsusi ilə də metro çıxışlarında rast gəlmək olar. Elə qiymətinin ucuzluğu onun keyfiyyətinə, daha doğrusu keyfiyyətsizliyinə dəlalət edir. Həkimlər həyəcan təbili çalır. Çünki yol kənarında satışda olan bu cihazlar insan səhhətində müxtəlif fəsadlar törədə bilər.
ABŞ bu səhvin bir addımlığına gəldi - Bəşəriyyət MƏHV OLACAQ
“ABŞ-ın nüvə silahının tətbiqinin bir addımlığına gəlməsi beynəlxalq təhlükəsizlik üçün təhdiddir”. Bunu Rusiyanın Təhlükəsizlik Şurasının katibinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Aleksandr Venediktov “RİA-Novosti” agentliyinə müsahibəsində bildirib.
Bakıda ən yüksək maaşı kimlər alır?
2017-ci ilin yanvar-dekabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən Bakıda işçilərin orta aylıq nominal əməkhaqqının səviyyəsi 6,1 faiz artaraq 785,8 manat olub.
Prezident Müdafiə Nazirliyinə tapşırıq verdi
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Hökuməti və Moldova Respublikası Hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.
ABŞ-da polisə qılınc çəkən erməni öldürüldü
Los-Ancelesdə polis əməkdaşlarına tabe olmayaraq müqavimət göstərən 22 yaşlı erməni öldürülüb. Bu barədə şəhər polis idarəsinin rəisi Çali Bek danışıb. Polis rəisinin sözlərinə görə, Panorama-Siti sakini Orbel Nazaryan intihar aktlarına meyilli olub.
Ərdoğan: Heç kim Afrində Türkiyənin gücü qarşısında dayana bilməz
"Heç kim Afrində Türkiyənin gücü qarşısında dayana bilməz". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. Dövlət başçısı bildirib ki, əgər hər hansı qüvvə və ya ölkə "Zeytun budağı" hərbi əməliyyatına mane olmağa çalışsa, cavabını alacaq:
Ağ evdə istefa
ABŞ-da Ağ evin komunikasiyalar üzrə direktor Houp Hiks istefaya gedib. Hiks həmin vəzifədə yarım ildən az işləyib. Öz növbəsində ölkə prezidenti Donald Tramp Hiksə təşəkkürünü bildirib və Hiksin görkəmli insan olduğunu deyib. O həmçinin bildirib ki, Hiksin başqa işə keçmək qərarını anlayır.
TRT bu müğənnilərə qadağa qoydu
Türkiyənin TRT1 kanalı 142 türk, 66 kürd mahnısının səsləndirilməsinə qadağa qoyub. Qadağaya səbəb musiqilərin sözlərində milli, dini, irqi ayrı-seçkiliyə yol verilməsi, ölkənin ərazi bütövlüyünə, suverenliyinə təhdid yaratması və terrora çağırış olmasıdır.
Sibel Can iddialara cavab verdi
Müğənni Sibel Can ötən gün dünyasını dəyişən alzaymer xəstəsi olan nənənsini küçəyə atması iddialarına cavab verib. Sənətçi haqqında söylənilən iddiaları yalanlayıb. O, nənəsi və dayısının yaşadığı evi satmadığını bildirib: “12 yaşımdan işləyirəm. Ailəm üçün ömrümü verdim. Ev əşyalarıyla birlikdə necə varsa, elə də qalır. Nənəm 90 yaşında təkbaşına o evdə yaşaya bilməzdi. Ona xalam və gəlinləri baxırdı. Mən də maddi köməyimi edirdim. Bunu illərdir edirəm. Ailə olmaq bu deməkdir.
Prezident 8 martda qadınları belə təbrik edəcək...
Türkmənistan qadınlarına 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə ölkə prezidenti Qurbanqulu Berdımuhammedovun adından 40 manat (11 dollar) veriləcək. Bu 40 manatı ölkədə mülkiyyət formasından asılı olmayaraq fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan qadınlar alacaq.
Qida Təhlükəsizliyi Agentliyi maarifləndirmə aksiyalarına start verir
Qida Təhlükəsizliyi Agentliyi əhali arasında genişmiqyaslı və uzunmüddətli maarifləndirmə aksiyalarına start verib. Agentliyin Kommunikasiya və İnformasiya Texnologiyaları şöbəsindən Olaylar.az - a verilən məlumata görə, qurum “5 addımda Qida Təhlükəsizliyi”, “Qida zəncirinin halqaları”, “Uşaqlar üçün yemək çantasının hazırlanma qaydaları” başlıqlı sosial məsuliyyət layihələri həyata keçirəcək. Layihənin məqsədi hər yaş qrupundan olan qida məhsulu istehlakçılarına qida təhlükəsizliyi anlayışını izah etmək, Azərbaycan gələcəyinin təməli hesab edilən azyaşlı uşaqlara ilkin gigiyena norma və qaydalarını aşılamaqdan ibarətdir.
Azərbaycan Xalça Muzeyi ən yaxşı təcrübəyə layiq görüldü
Azərbaycan Xalça Muzeyi Beynəlxalq Muzeylər Şurasının (ICOM) Beynəlxalq Sənədləşmə Komitəsi (CIDOC) tərəfindən qeyri-maddi mədəni irs məlumat bazası üzrə ən yaxşı təcrübəyə layiq görülüb. Azərbaycan Xalça Muzeyinin təcrübəsini Beynəlxalq Sənədləşmə Komitəsi (CIDOC) dünya muzeylərinə bir nümunə kimi təqdim edir.
Pornoya sənət maskası taxan dəstə var... – Müsahibə
Prodüser, rejissor Əli İsa Cabbarovla müsahibəni təqdim edirik: - Əli İsa bəy, kino bir mədəniyyət hadisəsidir, dərinə getsək, mühitin və toplumun məhsuludur. Azərbaycan kinosunun vəziyyətiylə bağlı söhbətə bu faktorlardan başlamaq istərdik...
Hər gün bu ərzaqlardan MÜTLƏQ istifadə edin!
Qida üzrə mütəxəssislər orqanizmin ümumi balansını qorumaq üçün hər gün bu dörd ərzağı qida rasionuna əlavə etməyi tövsiyə edirlər. Bunlar kök, qoz, alma və qara şokoladdır. Bu ərzaqlarda dəmir, nişasta və lazımi vitamin çeşidləri mövcuddur. Mədə və bağırsaq sisteminin yaxşı işləməsinə, beyinin fəaliyyətinin tənzimlənməsinə xidmət edir. Həm də insanı gümrahlaşdırır, əhval-ruhiyyəsini qaldırır.
Hyuston şəhərində Azərbaycanlılardan yəhudi icmasına dəstək
Bakı ilə qardaşlaşmış Hyuston şəhərində Azərbaycan icması, ölkəmizin ABŞ-dakı Səfirliyi, Azərbaycan-İzrail Beynəlxalq Assosiasiyası (AZİZ) və ABŞ Konqresi nümayəndələri Hyustonda yəhudi icmasının ən böyük dini məbədi - Bet Yeşurun sinaqoquna baş çəkmiş və ötən il Harvi qasırğası nəticəsində zərər görmüş bu məkanda aparılan bərpa işləri ilə tanış olmuşdur. Azərbaycan nümayəndə heyətini Bet Yeşurun sinaqoqunun rəhbərliyi, Amerika Yəhudu Komitəsinin Hyustondakı direktoru və digər yerli yəhudi icmasının tanınmış üzvləri qarşılayıb.














