ABŞ-da polisə qılınc çəkən erməni öldürüldü

Los-Ancelesdə polis əməkdaşlarına tabe olmayaraq müqavimət göstərən 22 yaşlı erməni öldürülüb. Bu barədə şəhər polis idarəsinin rəisi Çali Bek danışıb. Polis rəisinin sözlərinə görə, Panorama-Siti sakini Orbel Nazaryan intihar aktlarına meyilli olub.

Los-Ancelesdə polis əməkdaşlarına tabe olmayaraq müqavimət göstərən 22 yaşlı erməni öldürülüb. Bu barədə şəhər polis idarəsinin rəisi Çali Bek danışıb. Polis rəisinin sözlərinə görə, Panorama-Siti sakini Orbel Nazaryan intihar aktlarına meyilli olub. Nazaryan polis bölməsinə zəng edərək silahı və bıçağı olması barədə məlumat verib. Hadisə yerinə yollanan hüquq-mühafizə orqanları əməkdaşları erməninin əlində yarım metrlik kəsici alət olduğunu görüb. Bundan sonra polisin çağırışına məhəl qoymayan Nazaryan müqavimət göstərib və polis işçilərinin həyatı üçün təhlükə yaradıb. Çali Bek həmçinin polis əməkdaşlarının insidenti tamamilə lentə aldığını da bildirib.

Faktla bağlı araşdırma aparılır. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31