Gündəm
Kamran Həsənli bu telekanalda İŞLƏYƏCƏK
Aparıcı-şoumen Kamran Həsənli yenidən "Space" telekanalında işləyəcək. Məlumata görə, o, telekanalın səhər proqramının aparıcısı olacaq. Üç saatlıq proqramda K.Həsənlidən başqa tanınmış mətbuat nümayəndələrinin də olacağı bildirilir.
Gözəllik salonunda qadınların davası
Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən gözəllik salonlarının birindən polisə şikayət daxil olub. Məlumata görə, Mehriban Nurəddin qızı İsmayılova 31-ci Polis Bölməsinə şikayət edərək bildirib ki, gözəllik salonunda işləyən Ruhiyyə Səməndər qızı Hüseynova onu döyüb.
Hollandiyada vəhşi heyvanları yemləmək qadağan edildi
Hollandiyada havaların sərt keçməsi heyvanlar üçün də problem yaradıb. Məlumata görə, insanlar polisə müraciət edərək həmin heyvanları yemləmək istədiklərini bildiriblər. Lakin bu rəsmi dairələri qane etməyib.
Nyu-Yorkda 3 hicablı qadına 180 min dollar ödəniləcək
Nyu-York hakimiyyəti hicabı məcburi çıxarıdılan üç müsəlman qadına 180 min dollar ödəyəcək. Məlumata görə, 2012- ci ildə məktəbdə oxuyan müsəlman qız iki şagirdlə mübahisə edib. Beləliklə, polis onları saxlayıb və müsəlman qızı hicabını çıxarmağa məcbur edib. Buna görə də o, dini hüquq və azadlıqlarının pozulması ilə bağlı müvafiq orqanlara müraciət edib.
40 yaşlı kişi xəsisliyinin qurbanı oldu
20 dollarlıq giriş bileti almamaq üçün arxa tərəfdən heyvanxananın hasarına dırmaşan turisti pələng arvadının və uşaqlarının gözü qarşısında parçalayıb. Çinin Zhejiang vilayətindəki "Youngor Zoo" heyvanxanasına ailəsi və dostları ilə birlikdə gedən Zhang adlı 40 yaşlı kişi xəsisliyinin qurbanı olub.
Qida Təhlükəsizliyi Agentliyi maarifləndirmə aksiyalarına start verir
Martın 1-dən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əhali arasında genişmiqyaslı və uzunmüddətli maarifləndirmə aksiyalarına start verib. Bu barədə məlumat “OLAYLAR”-a Agentlikdən verilib. Bildirilib ki, Agentlik “5 addımda Qida Təhlükəsizliyi”, “Qida zəncirinin halqaları”, “Uşaqlar üçün yemək çantasının hazırlanma qaydaları” başlıqlı sosial məsuliyyət layihələri həyata keçirəcək. Layihənin məqsədi hər yaş qrupundan olan qida məhsulu istehlakçılarına qida təhlükəsizliyi anlayışını izah etmək, Azərbaycan gələcəyinin təməli hesab edilən azyaşlı uşaqlara ilkin gigiyena norma və qaydalarını aşılamaqdan ibarətdir.
Hər məktəb üçün 100 000 manatlıq qrant imkanı
2018-ci il üzrə elan edilmiş Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi ilə əlaqədar maarifləndirici görüş təşkil olunub. “OLAYLAR” xəbər verir ki, BŞTİ-nin tabeliyindəki 42 nömrəli tam orta məktəbdə keçirilən görüşdə İdarənin əməkdaşları, məktəb direktorları və müəllimlər iştirak ediblər.
Ögey ata 6 aylıq uşağı hörümçək bilib öldürdü
Amerikada ögey ata sevgilisinin 6 aylıq körpəsini öldürüb. Mişel Dirlinq adlı qadın Ceysi adlı övladını sevgilisi ilə evdə qoyaraq 24 saat açıq olan marketə alış-verişə gedib. Duyen Lidsi uşağı yatdırıb, sonra isə özü divanda uzanıb.
CAR-la əməkdaşlıq imkanları müzakirə edilib
Bakı Biznes Mərkəzində Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə Cənubi Afrika Respublikasının Türkiyə və Azərbaycandakı səfiri Pule İsaak Malefanenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib, Azərbaycan və Cənubi Afrika arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndirilməsinə, potensial əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.
Bayramda ətin qiyməti kəskin ucuzlaşacaq
Novruz bayramı ilə əlaqədar Bakı və Sumqayıt şəhərlərinin əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan təlabatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması məqsədi ilə kənd təsərrüfatı məhsullarının satış yarmarkaları keçiriləcək.
Almaniya Müdafiə Nazirliyi kiberhücuma məruz qaldı
Almaniyada Daxili İşlər Nazirliyi və Müdafiə Nazirliyinin serverləri güclü kiberhücuma məruz qalıb. Bu barədə Almaniyanın “DPA” agentliyi aidiyyəti mənbələrə istinadən məlumat yayıb. Agentliyin məlumatına görə, söhbət “APT28” haker qrupunun hücumundan gedir. Bir sıra ölkələr bu qrupun Rusiya ilə əlaqəli olduğunu iddia etsə də, “rus izi” barədə hər hansı tutarlı sübut yoxdur.
Fransada 30 il "stajlı" seksual manyak tutuldu
Fransada 1988-ci ildən bəri, 30 il ərzində silsilə cinayətlər törətmiş seksual manyak həbs olunub. Bu barədə “L'Express” məlumat yayıb. Fevralın 26-da tutulan cinayətkar ölkənin şimalında yerləşən Pon-sür-Sambre kommunasında yaşayıb. Valansyen şəhər prokuroru mətbuat konfransında onun törətdiyi əməlləri müstəntiqlərə etiraf etdiyini bildirib.
Vaşinqtonun ilk hədəfi bu ölkədir
Rusiya uzunmüddətli perspektivdə ABŞ üçün daha böyük təhdiddir. Bunu jurnalistlərə açıqlamasında ABŞ Silahlı Qüvvələrinin Strateji Komandanlığının rəhbəri general Con Hayten söyləyib.
Bizi alçaldırlar: ya bu əraziləri verməliyik, ya da...
ABŞ bizə qarşı savaş hazırlayır. Bunu Rusiya prezidentliyinə namizəd, Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib. “Bizi hər yerdə alçaldırlar. Xalq olaraq alçaldırlar. Əsas istiqamət qərb sərhədlərimizdir.
Bakıda nə qədər əhali yaşayır?
2018-ci il yanvar ayının 1-ə qədər olan vəziyyətə görə Bakı şəhərinin əhalisinin sayı 2 milyon 262 min 560 nəfərə çatıb. 2017-ci il ərzində Bakı şəhərinin əhalisinin sayı 16 770 nəfər və ya 0,7 faiz artıb.














