Qida Təhlükəsizliyi Agentliyi maarifləndirmə aksiyalarına start verir
Martın 1-dən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əhali arasında genişmiqyaslı və uzunmüddətli maarifləndirmə aksiyalarına start verib. Bu barədə məlumat “OLAYLAR”-a Agentlikdən verilib. Bildirilib ki, Agentlik “5 addımda Qida Təhlükəsizliyi”, “Qida zəncirinin halqaları”, “Uşaqlar üçün yemək çantasının hazırlanma qaydaları” başlıqlı sosial məsuliyyət layihələri həyata keçirəcək. Layihənin məqsədi hər yaş qrupundan olan qida məhsulu istehlakçılarına qida təhlükəsizliyi anlayışını izah etmək, Azərbaycan gələcəyinin təməli hesab edilən azyaşlı uşaqlara ilkin gigiyena norma və qaydalarını aşılamaqdan ibarətdir.
1 Mart 2018 11:33 SosialMartın 1-dən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əhali arasında genişmiqyaslı və uzunmüddətli maarifləndirmə aksiyalarına start verib. Bu barədə məlumat "OLAYLAR"-a Agentlikdən verilib. Bildirilib ki, Agentlik "5 addımda Qida Təhlükəsizliyi", "Qida zəncirinin halqaları", "Uşaqlar üçün yemək çantasının hazırlanma qaydaları" başlıqlı sosial məsuliyyət layihələri həyata keçirəcək. Layihənin məqsədi hər yaş qrupundan olan qida məhsulu istehlakçılarına qida təhlükəsizliyi anlayışını izah etmək, Azərbaycan gələcəyinin təməli hesab edilən azyaşlı uşaqlara ilkin gigiyena norma və qaydalarını aşılamaqdan ibarətdir.
Hazırlanan maarifləndirmə materiallarında "tarladan süfrəyə" prinsipi ilə həyata keçirilən qida zənciri, uşaqlar üçün yemək çantası hazırlayan zaman diqqət edilməlisi vacib olan məqamlar, məişətdə sadə qaydalarla qidanın təhlükəsizliyinə əməl etmə qaydaları öz əksini tapıb.