Almaniya Müdafiə Nazirliyi kiberhücuma məruz qaldı

Almaniyada Daxili İşlər Nazirliyi və Müdafiə Nazirliyinin serverləri güclü kiberhücuma məruz qalıb. Bu barədə Almaniyanın “DPA” agentliyi aidiyyəti mənbələrə istinadən məlumat yayıb. Agentliyin məlumatına görə, söhbət “APT28” haker qrupunun hücumundan gedir.  Bir sıra ölkələr bu qrupun Rusiya ilə əlaqəli olduğunu iddia etsə də, “rus izi” barədə hər hansı tutarlı sübut yoxdur.

Almaniyada Daxili İşlər Nazirliyi və Müdafiə Nazirliyinin serverləri güclü kiberhücuma məruz qalıb. Bu barədə Almaniyanın "DPA" agentliyi aidiyyəti mənbələrə istinadən məlumat yayıb. Agentliyin məlumatına görə, söhbət "APT28" haker qrupunun hücumundan gedir.  Bir sıra ölkələr bu qrupun Rusiya ilə əlaqəli olduğunu iddia etsə də, "rus izi" barədə hər hansı tutarlı sübut yoxdur.

Vaşinqtonun ilk hədəfi bu ölkədir

Hücuma məruz qalmış serverlərin buna qədər "kənardan müdaxilələrə həssaslıq" baxımından tam təhlükəsiz olduğu hesab edilirdi. "APT28" haker qrupu, eyni zamanda "Fancy Bears" adı ilə tanınır. Dövlət, informasiya, hərbi və digər strukturlara kiberhücumlar həyata keçirir.  Son hücumun motivləri hələ ki, bəlli deyil. Oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31