Gündəm

Özbəkistan Sənət və Mədəniyyət İnstitutunda “Azərbaycan Mədəniyyət günü” keçirilib

1 Mart 2018 12:34

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Özbəkistan Sənət və Mədəniyyət İnstitutunda “Azərbaycan mədəniyyət günü” keçirilib və bununla əlaqədar bütöv bir gün Azərbaycan mədəniyyətinə həsr olunub.

Masallıda 32 min əhalinin yaşadığı kəndlərin yolları yenidən qurulur

1 Mart 2018 12:28

Masallı rayonunda 2 istiqamət üzrə kəndlərarası avtomobil yolları əsaslı şəkildə yenidən qurulur. Avtomobil Yolları Dövlət Agentliyindən “OLAYLAR”-a bildirilib ki, söhbət ümumi uzunluqları 24.7 km olan Şatıroba-Hişkədərə-Miyankü-Kubin və Birinci Səmədxanlı-Xallıcalı-Əminli-Məmmədxanlı avtomobil yollarından gedir. Uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulmasında məqsəd yol boyu 22 yaşayış məntəqəsində yaşayan 32 min nəfər əhalinin gediş-gəlişini təmin etmək, M3 Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla yük və sərnişin daşımasını asanlaşdırmaqdır.

Türk ordusunun uğuru – 2222 terrorçu məhv edilib

1 Mart 2018 12:27

Türk Silahlı Qüvvələrinin və Azad Suriya Ordusunun Suriyanın Afrin şəhərində “Zeytun budağı” əməliyyatı davam edir. Olaylar.az bildirir ki, əməliyyat çərçivəsində birləşmiş qüvvələri 2222 terrorçunu məhv edib. Terrorçular TSQ-nin nəzarətinə keçən 82 yaşayış məntəqəsində 211 nəfəri 7-13 yaş arası uşaq olmaqla, 417 dinc sakini qətlə yetirib. 

Müdafiə Nazirliyinin nümayəndə heyəti Rusiyaya səfər edib

1 Mart 2018 12:27

Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanovun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Moskva şəhərində keçiriləcək “Beynəlxalq ordu oyunları - 2018” yarışlarının planlaşdırma konfransında iştirak edəcək. “OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tədbir zamanı yarışların şərtləri və qaydaları müzakirə olunacaq, eləcə də müsabiqənin keçirilmə yerlərinə baxış keçiriləcək.

26 yaşlı müəllimə məktəbdə əxlaqsızlıq etdi

1 Mart 2018 12:24

26 yaşlı müəllimə Stefani Peterson ABŞ-ın Florida ştatındakı Nyu-Smirna şəhərində, evində həbs olunub.  O, çalışdığı məktəbdə 14 yaşlı şagirdi cinsi əlaqəyə sövq etməkdə və təcavüzdə suçlanır. Nyu-Smirna polisindən verilən məlumata görə, S.Peterson 14 yaşlı şagirdini ötən ilin noyabrında tovlayıbmış. Üstəlik, Peterson şagirdinə nəşə və narkotik maddə qəbul etmək üçün xüsusi "qab" da alıb hədiyyə veribmiş.

Bakıda I sinfə getmək üçün 35 000 uşaq müraciət edib

1 Mart 2018 12:21

2018-2019-cu tədris ili üçün elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün indiyədək 35 000-ə yaxın sorğu yerləşdirilib. Bu barədə Bakı Şəhər üzrə Təhsil İdarəsinin sektor müdiri Bəşarət Məmmədov məlumat verib. Onun sözlərinə görə, bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 70 faizindən çoxdur. B.Məmmədov deyib ki, hazırda I sinfə qəbulla bağlı elektron sistemin işində heç bir problem yoxdur və valideynlər asanlıqla sistemə daxil olaraq, sənəd qəbulu üçün müraciət də bilərlər.

Seks köləsi qadınların cəsədlərinin basdırılma anı - dəhşətli kadrlar - VİDEO 

1 Mart 2018 12:19

İkinci Dünya müharibəsinə aid Yaponiya ilə bağlı qorxu dolu video və şəkillər yayılıb. Görüntülərdə Yaponiya ordusunun seks köləsinə çevrilən qadınların zorlandıqdan sonra öldürülüb, basdırılması əks olunub. Qadınlar 1944-cü ildə Yaponiya ordusu tərəfindən Çinin şəhərində qəddarlıqla öldürülüb. Həmçinin bildirilir ki, həmin dövrdə 200 000-dən çox qadın əsgər fahişəxanalarında işləməyə məcbur edilib.

Professor: "Bu il kəskin respirator virus və qrip epidemiyası sürətlə yayılıb”

1 Mart 2018 12:14

“Bu il payız-qış mövsümündə Bakı şəhəri və rayonlarda kəskin respirator virus və qrip epidemiyası sürətlə yayılıb”. Məlumata görə, bunu Azərbaycan Tibb Universitetinin (ATU) II uşaq xəstəlikləri kafedrasının professoru Surxay Musayev “1 mart İmmunitet günü”nə həsr olunmuş tədbirdə deyib. 

Kürd döyüşçülər ABŞ-ı satdı

1 Mart 2018 12:09

Minlərlə PYD-çi kürd döyüşçü və komandiri İŞİD-ə qarşı mübarizə aparmaqdan imtina edib. Bu barədə “Nyu York Tayms” yazıb. ABŞ və ərəb döyüşçülərin Suriyada İŞİD-in zərərsizləşdirilməsi əməliyyatı dayandırılaraq, müdafiə mövqeyinə keçilib. Bu da terrorçuların digər ölkələrə qaçmasına zəmin yarada bilər. “İŞİD üzərində qələbə kampaniyası təhlükə altındadır”, - hərbi ekspert Cenifer Kafarell deyib.

Məşhur aktyor iflic keçirdi

1 Mart 2018 12:06

Məşhur kino və teatr aktyoru Ercan Yazgan haqqında yayımlanan xəbər sevənlərini narahat edib. Olaylar.az bildirir ki, türkiyəli aktyor ötən gecə iflic keçirib. Ailəsi tərəfindən dərhal xəstəxanaya yerləşdiriliən aktyor müalicə alır.

Rusiyanın Qarabağa gətirmək istədiyi xüsusi ordu - Şok audio

1 Mart 2018 12:06

Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın şəxsi hərbi şirkəti olan “Vaqner qrupu” barədə audioyazı dərc edib. Bu barədə “Obozrevatel” nəşri məlumat yayıb. Audioyazıdan məlum olur ki, Rusiya Silahlı Qüvvələrinin Baş qərargahı Suriya münaqişəsində “Vaqner qrupu”nun muzdurlarının iştirakını planlaşdırır.

İraqın şimalında terrorçular məhv edildi

1 Mart 2018 12:05

 İraqın şimalında Hakurk vilayətində 4 terrorçu zərərsizləşdirilib. Olaylar.az bildirir ki, Türk Silahlı Qüvvələrinə hücum etmək istəyən terrorçular havadan zərbə ilə məhv edilib.

Direktor zorla qaçırılan qızdan danışdı: “Anaya cavab verilməlidir”

1 Mart 2018 12:03

Ağcabədidə 4 gündür maşının şüşələri sındırılaraq qaçırılan Sevinc Musayeva hələ də tapılmayıb.  Bunu  Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının direktoru Mətanət Fərzəlibəyova Sevinc Musayevanın qaçırılmasından danışarkən deyib. Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının axtarışları heç bir fayda verməyib: “Sevinc onu qaçıran oğlanı sevmir, onunla ailə qurmaq istəmir.

Gürcüstana maşını ilə gedənlərin nəzərinə — Əlavə pul ödəyəcəksiniz

1 Mart 2018 11:56

Gürcüstan hökuməti ölkədə xarici nömrə ilə gəzən maşınlarla bağlı yeni qərar qəbul edib. Mart ayının birindən 15 gündən az olmayaraq qalmağı planlaşdıran xarici nömrəli avtomobil sahibləri nəqliyyat vasitələrini sığortalamalı olacaqlar. Sığortanın qiyməti nəqliyyat vasitəsindən və sığorta müddətindən asılı olacaq.

17 şagird yaralandı

1 Mart 2018 11:55