Müdafiə Nazirliyinin nümayəndə heyəti Rusiyaya səfər edib

Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanovun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Moskva şəhərində keçiriləcək “Beynəlxalq ordu oyunları - 2018” yarışlarının planlaşdırma konfransında iştirak edəcək. “OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tədbir zamanı yarışların şərtləri və qaydaları müzakirə olunacaq, eləcə də müsabiqənin keçirilmə yerlərinə baxış keçiriləcək.

Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanovun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Moskva şəhərində keçiriləcək "Beynəlxalq ordu oyunları - 2018" yarışlarının planlaşdırma konfransında iştirak edəcək. "OLAYLAR" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tədbir zamanı yarışların şərtləri və qaydaları müzakirə olunacaq, eləcə də müsabiqənin keçirilmə yerlərinə baxış keçiriləcək.
Hərbçilərin beynəlxalq yarışlarında Azərbaycan Ordusunun nümayəndələrinin "Dəniz kuboku", "Tank biatlonu", "Artilleriya atəşinin ustaları", "Snayper həddi" və  "Səhra mətbəxi" müsabiqələrində iştirakı, o cümlədən "Dərinlik" və "Qoşun kəşfiyyatının əlaçıları" müsabiqələrində müşahidəçi qismində təmsil olunmaları  planlaşdırılır.
Azərbaycan, Belarus, Qazaxıstan, İran, Çin və Rusiya ərazisində təşkil olunacaq 27 beynəlxalq müsabiqədən ibarət "Beynəlxalq ordu oyunları - 2018" yarışlarının cari ilin iyulun 28-dən avqustun 11-dək keçirilməsi nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31