Gündəm

İranda hicab əleyhdarlarını ağır cəza gözləyir

1 Mart 2018 13:10

İranda hicab geyinməyə etiraz edənlər 10 il azadlıqdan məhrum edilə bilər.  İran polisinin belə xəbərdarlığı barədə “Amnesty İnternational” təşkilatı məlumat yayıb. İndiyədək hicaba etiraz aksiyalarında iştirak edənləri yalnız “mənəviyyat keşikçiləri” tərəfindən şifahi xəbərdarlıq, yaxud xüsusi tədris məktəblərinə göndərilmək gözləyirdi. Polis rəsmi şəkildə bildirirdi ki, belə qadınları cinayət məsuliyyəti gözləmir. Lakin indi İran hökuməti qərarını kəskin dəyişib. Polis etirazçıların rüşvətxorluq və fahişəliyə dəstək ittihamları ilə həbs olunacağını bildirib. 

Energetika naziri BP-nin Xəzər Mərkəzi ofisində olub

1 Mart 2018 13:08

Energetika naziri Pərviz Şahbazovun rəhbərliyi ilə nazirliyin bir qrup əməkdaşı BP şirkətinin Azərbaycandakı fəaliyyəti, operatorluq etdiyi layihələr və əməliyyatlara dair son vəziyyət, eləcə də tətbiq etdiyi yeniliklərlə yaxından tanışlıq məqsədilə şirkətin Xəzər Mərkəzi ofisində olub.

Üç vəzifə üzrə 162 nəfər işə qəbul olunub

1 Mart 2018 13:06

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən işə qəbul üzrə  elan edilmiş müsabiqənin müsahibə mərhələsi yekunlaşıb. “OLAYLAR” xəbər verir ki,müsabiqənin müsahibə mərhələsində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, uşaq birliyi təşkilatı rəhbəri və laborant vəzifələrinə  işə qəbul üzrə qeydiyyatdan keçmiş namizədlərdən 162 nəfər müsbət cavab alıb. Onlardan 18-i gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, 34-ü uşaq birliyi təşkilatı rəhbəri, 110-u laborant  vəzifəsinə işə qəbul olub.

Bakıda Ağa Musa Nağıyevi anacaqlar

1 Mart 2018 13:05

Martın 4-də Azərbaycanın məşhur milyonçusu Ağa Musa Nağıyevin xatirəsi anılacaq. Ağa Musa Nağıyevin nəvəsi, tədqiqatçı Dilarə Nağıyevanın verdiyi məlumata görə, milyonçunun vəfatının 99-cu ildönümü ilə bağlı anım tədbiri Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində onun məzarı önündə keçiriləcək. 2011-ci ildə Dilarə Nağıyeva məşhur milyonçunun Kərbəla arzusunu məcazi mənada reallaşdırmaq məqsədilə onun qəbri üzərindən götürülən torpağı Kərbəlaya göndərib. Tədbir iştirakçılarını Biləcəriyə aparacaq avtobus saat 10:00-da "Azad qadın" heykəlinin yanında, 18 saylı məktəb tərəfdə olacaq.

Vəkili generala bəraət istədi -

1 Mart 2018 13:01

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki İdarənin rəisi, general-mayor Natəvan Mirvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Şirvanda silahlı dəstə üzvləri tutulub 

1 Mart 2018 12:59

Odlu silahla törədilən xuliqanlıq cinayətlərinin üstünün açılması istiqamətində daxili işlər orqanlarının əməkdaşları tərəfindən uğurlu əməliyyat tədbiri həyata keçirilib. DİN-dən verilən məlumata görə, fevralın 24-də Şirvan şəhər sakini Teyyub Tağıyevə odlu silahdan atəş açılması nəticəsində onun müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə Şirvan Şəhər Polis Şöbəsinə məlumat daxil olub.

Deputat: “Ermənistan işğalı davam etdirdikcə müharibə təhlükəsi qalacaq”

1 Mart 2018 12:56

“Ermənistan Azərbaycan ərazilərinin işğalını davam etdirdikcə müharibə təhlükəsi də qalacaq”. Bu fikri Milli Məclisin deputatı Musa Qasımlı Azərbaycan, Rusiya və Ermənistanda seçkilərdən sonra müharibənin ola biləcəyi barədə səsləndirilən fikirləri şərh edərkən deyib. O qeyd edib ki, bunun da başlıca təqsirkarı Yerevandır.

Dubaya gedənlər DİQQƏT! Aeroportda robot-polis olacaq

1 Mart 2018 12:54

Dubay hava limanında şübhəli şəxsləri tanıya bilən və onların fəaliyyəti barədə məlumat toplayan robot istifadəyə veriləcək. Məlumata görə, Dubay Gömrük Xidməti ilk belə robotu sınaqdan keçirib.

Ermənistana pul köçürmələri iki dəfə azaldı

1 Mart 2018 12:52

Yanvar ayında Ermənistana göndərilən pul transfertləri kəskin şəkildə azalıb. Bu barədə informasiyanı “Joxovurd” qəzeti yayıb. “Yanvar ayında Ermənistana göndərilən şəxsi transfertlərin həcmi 94,672 milyon dollar olub.

Taleh Bağırov barədə qərarı Ali Məhkəmə qüvvədə saxladı

1 Mart 2018 12:49

“Müsəlman Birliyi" təşkilatının rəhbəri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı və təşkilatın daha 9 üzvü məhkəmə qərarından kasasiya şikayəti verib.

Talibanın qaçırdığı 30 nəfərdən 9-u azad edildi

1 Mart 2018 12:47

Əfqanıstanın cənubunda Taliban qruplaşması tərəfindən qaçırılan 30 nəfərdən 9-u azad edilib. İki gün əvvəl Taliban döyüşçüləri Qəndəhar və Uruzqan əyalətləri arasındakı avtomobil yolunda avtobusa hücum edib sərnişinləri qaçırıbar. Daha sonra qaçırılanların bir qismi azad edilib.

Azərbaycanlı aktrisanın qaynanası öldü, ağlamadı - VİDEO

1 Mart 2018 12:45

Bu gün "Hər şey daxil" verilişinin qonaqlarından biri vaxtı ilə "Yeni ulduz" müsabiqəsinin iştirakçısı olmuş, "Xəzər" telekanalında yayımlanan "Ata ocağı" serialının "Ofeliya"sı Mənsurə Əhmədova olub.

Rusiyadan ŞOK İDDİA

1 Mart 2018 12:41

Suriya daxilində 7 ildir davam edən müharibəylə bağlı bugün Moskvadan kritik bir açıqlama gəlib. Rusiya Təhlükəsizlik Şurasının əməkdaşının RİA-ya verdiyi xəbərə görə, ABŞ Suriyada YPG-nin nəzarət etdiyi bölgədə indiyə qədər 20-yə yaxın hərbi baza qurub.

240 min adamın maaşı artdı

1 Mart 2018 12:38

Təhsil Nazirliyi Prezidentin sərəncamı ilə əməkhaqları artırılan təhsil işçilərinin sayını açıqlayıb. Nazirliyin mətbuat xidmətindən  verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin “Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 28 fevral 2018-ci il tarixli sərəncamı orta hesabla 240 min təhsil işçisinə şamil edilir.

ABŞ nəhəngi Kremlin “göz bəbəyi”ndən imtina edir

1 Mart 2018 12:36

Antirusiya sanksiyalarına görə ABŞ-ın “Ekson Mobil” şirkəti “Rosneft”lə birgə iştirak etdiyi layihələrdən imtina edəcək. Bu barədə informasiya “Ekson Mobil”in hesabatında yer alıb. Şirkət layihələrdən imtina prosesinin cari ildən başlayacağını bildirib. “Ekson Mobil” bu layihələrdən çıxacağı halda 200 milyon dollar itirəcəyini açıqlayıb.