Deputat: “Ermənistan işğalı davam etdirdikcə müharibə təhlükəsi qalacaq”
“Ermənistan Azərbaycan ərazilərinin işğalını davam etdirdikcə müharibə təhlükəsi də qalacaq”. Bu fikri Milli Məclisin deputatı Musa Qasımlı Azərbaycan, Rusiya və Ermənistanda seçkilərdən sonra müharibənin ola biləcəyi barədə səsləndirilən fikirləri şərh edərkən deyib. O qeyd edib ki, bunun da başlıca təqsirkarı Yerevandır.
1 Mart 2018 12:56 Siyasət"Ermənistan Azərbaycan ərazilərinin işğalını davam etdirdikcə müharibə təhlükəsi də qalacaq". Bu fikri Milli Məclisin deputatı Musa Qasımlı Azərbaycan, Rusiya və Ermənistanda seçkilərdən sonra müharibənin ola biləcəyi barədə səsləndirilən fikirləri şərh edərkən deyib. O qeyd edib ki, bunun da başlıca təqsirkarı Yerevandır.
Deputat əlavə edib ki, əgər ATƏT-in Minsk qrupunun həmsədrləri müharibə istəmirlərsə, Ermənistanı Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindən və ətraf rayonlarından qoşunlarını çıxarmağa məcbur etməlidirlər. Azadinform.az