ABŞ nəhəngi Kremlin “göz bəbəyi”ndən imtina edir

Antirusiya sanksiyalarına görə ABŞ-ın “Ekson Mobil” şirkəti “Rosneft”lə birgə iştirak etdiyi layihələrdən imtina edəcək. Bu barədə informasiya “Ekson Mobil”in hesabatında yer alıb. Şirkət layihələrdən imtina prosesinin cari ildən başlayacağını bildirib. “Ekson Mobil” bu layihələrdən çıxacağı halda 200 milyon dollar itirəcəyini açıqlayıb.

Antirusiya sanksiyalarına görə ABŞ-ın "Ekson Mobil" şirkəti "Rosneft"lə birgə iştirak etdiyi layihələrdən imtina edəcək. Bu barədə informasiya "Ekson Mobil"in hesabatında yer alıb. Şirkət layihələrdən imtina prosesinin cari ildən başlayacağını bildirib. "Ekson Mobil" bu layihələrdən çıxacağı halda 200 milyon dollar itirəcəyini açıqlayıb.

Qeyd edək ki, "Ekson Mobil" bundan öncə ABŞ Maliyyə Nazirliyi tərəfindən 2 milyon dollar cərimə edilmişdi. Şirkət ABŞ-ın sanksiyalar siyahısına düşən "Rosneft"in rəhbəri İqor Seçinlə 8 sənəd imzaladığına görə cəzalandırılmışdı. Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31