Gündəm
Aktrisa Pərvin Abıyevanın iddia tələbi dəqiqləşdirildi
Türkiyədə yaşayan azərbaycanlı aktrisa Tunay Əliyeva ilə həmkarı Pərvin Abıyeva arasında qaldırılmış qarşılıqlı iddialar əsasında məhkəmə iclası davam etdirilib. Bu gün Səbail Rayon Məhkəməsində hakim Nurəddin Bağırovun sədrlik etdiyi prosesdə hər iki tərəfin iddia tələbi dəqiqləşdirilib. Daha sonra hər iki tərəfin nümayəndəsi vəsatət qaldırıb. Onlar linqivistiq ekspertizanın keçirilməsini tələb ediblər. Vəsatətlərə növbəti iclasda baxılacağı qərara alınıb.
Qarabağı qaytarmağa hazır olan namizəd SAXTA ÇIXDI
Bu gün Ermənistan parlamenti Ermənistanın 4-cü prezidentinin seçilməsi ilə bağlı müzakirələr başlayıb. Beləliklə, Ermənistanda prezident seçkiləri start götürüb. Parlament sədri Ara Babloyan hakim Respublika Partiyası və “Daşnaksütyun” Partiyasının parlament fraksiyalarının 65 deputatının yazılı ərizə ilə prezident vəzifəsinə Armen Sarkisyanın namizədliyini irəli sürdüyünü bildirib.
Ermənistanda hərbi hissə komandirinin müavini həbs olunub
Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Dərman Bazasından külli miqdarda oğurluq olub. Ermənistan Baş Prokurorluğunun məlumatında bildirilir ki, hərbi polisin apardığı araşdırma nəticəsində məlum olub ki, 2015-2017-ci illər ərzində N saylı hərbi hissədən (Mərkəzi Dərman Bazası) 40 milyon dram (təqribən 83 min ABŞ dolları) dəyərində dərman və avadanlıqlar oğurlanıb.
Deputatımız QDİƏT PM-nın tədbirinə qatılıb
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində (QDİƏT PM) Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Eldar Quliyev Türkiyənin İstanbul şəhərində səfərədədir.
Dini qanunvericiliyi pozanlar Azərbaycandan qovulacaq
Dini etiqad azadlığı haqqında qanunvericiliyi pozan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılacaq. Məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 516-cı (Dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulması) maddəsinin 516.0.1-ci bəndinə dəyişiklik təklif edilir.
Dövlət qulluqçularının pensiya yaşı dəyişdirilir
Dövlət qulluqçularına pensiyanın verilməsi üçün tələb olunan xidmət illərinin minimum həddi 5 ildən 15 ilə qaldırılır. Məlumata görə, bununla bağlı “Dövlət qulluğu haqqında” qanunun 23-cü maddəsinin (Dövlət qulluqçularının pensiya təminatı) 2-ci bəndinə dəyişiklik təklif edilir.
Cümhuriyyətin 100 illiyinə həsr olundu
Azərbaycan Milli Elmlər Akademiyasının “Xəbərlər” jurnalının xüsusi buraxılışı çapdan çıxıb. Jurnal Prezident İlham Əliyevin sərəncamına əsasən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub. Xüsusi buraxılışda 20-dən çox yerli və xarici alim və müstəqil tədqiqatçıların Cümhuriyyət tarixi ilə bağlı məqalələri dərc olunub. Azərbaycan, Fransa, Rusiya, Türkiyə alimlərinin araşdırmalarında müstəqillik ərəfəsində Azərbaycanda daxili və xarici vəziyyət, Cümhuriyyətin elan olunması, Cümhuriyyət dövrünün hərbi-siyasi, sosial-iqtisadi məsələləri, milli hökumətin xarici siyasəti və s. problemlərə toxunulub, yeni arxiv mənbələri elmi dövriyyəyə gətirilib.
Cənubi Afrika Respublikasının nümayəndə heyəti ASAN xidmətdə
Azərbaycanın sosial və İT innovasiyalar sahəsində təcrübəsinin Cənubi Afrika Respublikasına (CAR) ixracı məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində CAR-ın Türkiyə Respublikasındakı səfiri cənab Pule İsaak Malefanenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Bakıda arabir yağış, rayonlarda qar yağacaq
Bakıda və Abşeron yarımadasında martın 2-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Səhiyyə Nazirliyinin nümayəndəsi: "İnsanlar vaxtında həkimə müraciət etmir"
“Qış mövsümünə xas olan kəskin respirator infeksiyalar Azərbaycanda mövsümü olaraq qeydə alınır”. Məlumata görə, bunu Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib. O bildirib ki, təhlilə əsasən ötən ili 2016-cı illə müqayisə edəndə 10 faizdən yuxarı azalma müşahidə olunur: “Eyni zamanda, keçən ilin müvafiq dövrü ilə müqayisə edəndə bu il azalma müşahidə olunur.
Professor: "Antibiotiklər reseptsiz satılmamalıdır"
“Antibiotiklərin qəbuluna göstəriş olmalıdır. Azərbaycanda antibiotiklər reseptsiz satılmamalıdır. Deyə bilmərəm ki, bunu etməyə hansı səbəblər mane olur. Bu, təşkilati məsələdir. Yəqin ki, buna heç nə mane olmur”.
Kraliçaya sui-qəsd edən gənc türmədə necə öldü? – 37 ilin sirri
1981-ci ildə Britaniya kraliçası II Yelizaveta Yeni Zellandiyaya səfəri zamanı sui-qəsdə məruz qalıb. Bu barədə informasiya Yeni Zellandiyanın Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin məxfilik qrifi ləğv edilmiş sənədlərində yer alıb. İctimaiyyətə təqdim edilən sənəddə II Yelizavetaya sui-qəsdin yeniyetmə tərəfindən təşkil edildiyi bildirilib. Ona sui-qəsd təşkil edən şəxsin 17 yaşlı Kristofer Con Luis olduğu açıqlanıb.
Beynəlxalq münasibətlər sistemində gərginlik artır
Qərb, Birləşmiş Ştatlar Rusiyanı çökdürmək üçün bütün mümkün vasitələri işə salıb. Moskvaya qarşı həm iqtisadi, həm də hərbi təzyiqləri artıran Birləşmiş Ştatlar Rusiyanın Yaxın Şərqdəki varlığına son qoymaq üçün çalışsa da, lakin Moskvanı nəinki bu inadından döndərmək mümkün olur, əksinə şimal qonşumuz regionda daha da möhkəmlənmək istiqamətində düşünür.
Politoloq: “Münaqişəni özümüzdən başqa kimsə həll etməyəcək”
“BMT məsuliyyəti boynundan atır. Halbuki, Ermənistan BMT-nin 4 qətnaməsini yerinə yetirmir. BMT bunun səbəbini Ermənistan hakimiyyətindən soruşmaq əvəzinə hər zaman topu ATƏT-ə atır və "biz ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyirik" ifadələri ilə kifayətlənir”. Bunu politoloq Elxan Şahinoğlu deyib.
Rasim Musabəyov: “BMT üçün əsas odur ki, qan tökülməsin”
“Ümumiyyətlə, BMT Baş Assambleyası Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasını ATƏT-in Minsk qrupu həmsədrlərinə həvalə edib”. Bunu millət vəkili, politoloq Rasim Musabəyov deyib.














