Səhiyyə Nazirliyinin nümayəndəsi: "İnsanlar vaxtında həkimə müraciət etmir"

 “Qış mövsümünə xas olan kəskin respirator infeksiyalar Azərbaycanda mövsümü olaraq qeydə alınır”. Məlumata görə, bunu Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib. O bildirib ki, təhlilə əsasən ötən ili 2016-cı illə müqayisə edəndə 10 faizdən yuxarı azalma müşahidə olunur: “Eyni zamanda, keçən ilin müvafiq dövrü ilə müqayisə edəndə bu il azalma müşahidə olunur.

"Qış mövsümünə xas olan kəskin respirator infeksiyalar Azərbaycanda mövsümü olaraq qeydə alınır". Məlumata görə, bunu Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib. O bildirib ki, təhlilə əsasən ötən ili 2016-cı illə müqayisə edəndə 10 faizdən yuxarı azalma müşahidə olunur: "Eyni zamanda, keçən ilin müvafiq dövrü ilə müqayisə edəndə bu il azalma müşahidə olunur.

Professor: "Antibiotiklər reseptsiz satılmamalıdır"

Buna baxmayaraq, biz görürük ki, insanlar arasında xəstəlik var. Bəzi hallarda bu xəstəlik uzun müddət, 1-2 həftə çəkir. Çünki insanlar vaxtında həkimə müraciət etmir, yataq rejiminə riayət etmir, həkim təyinatı ilə müalicə olunmurlar. İnsan düzgün müalicə olunmayanda xəstəliyin müddəti uzanır və bronxitə, pnevmaniyaya çevrilə bilir".
 
A. Əliyeva əlavə edib ki, infeksiyaların uşaqlar arasında da yayılması qeydə alınıb: "Xəstələnən uşaqların əksəriyyəti mütəşəkkil kollektivlərə gedən uşaqlardır. Kollektivə xəstə uşaq gəlirsə, digər uşaqların da yoluxmasına səbəb olur". Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31