Gündəm
Neymarın hər il eyni vaxtda meydanlardan uzaq qalmasının QƏRİBƏ SƏBƏBİ
PSJ-nin ən bahalı braziliyalı futbolçusu Neymarın son 4 mövsümdə eyni vaxtda zədələnməsi diqqət çəkib. Futbolçu son 4 ildə bacısı Rafaella Santosun doğum gününə yaxın zədələmib və heç bir matçda oynamayıb.
Sabah Ermənistanda prezident seçiləcək - Kim seçilə bilər? - Elman Nəsirov
Sabah, yəni martın 2-də Ermənistanda prezident seçkiləri keçiriləcək. Ancaq əvvəlki illərdən fərqli olaraq ümumxalq səsverməsi yox, Parlament səsverməsi baş tutacaq. Builki seçkilərdə ilk dəfə Ermənistan Parlamenti növbəti 7 il üçün prezidenti seçəcək. Hazırki prezident Serj Sarkisyan bir müddət öncə bəyan edib ki, keçmiş Baş nazir, Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sarkisyan Respublika Partiyasının namizədidir.
“Baku Bus” qəza törətdi, bir qadın öldü
Baku Bus MMC-nin 3 nömrəli avtobusu ölümlə nəticələnən qəza hadisəsi törədib. Hadisə şahidlərinin verdiyi məlumata görə, hadisə “Koroğlu” parkı ərazisi tərəfdə baş verib. Təxminən səhər 11 radələrində yolu keçmək istəyən 50 yaşlarında xanımı 3 nömrəli avtobus vurub. Qəza nəticəsində hələlik adı məlum olmayan piyada dünyasını dəyişib.
Qarabağ Rusiyasız həll edilməyəcək – Erməni KİV
Şərq Tərəfdaşlığı ölkələri yaxın 20 ildə Avropa Birliyinə üzv ola bilməyəcək. Bunu Ermənistanın “168 Jam” qəzetinə müsahibəsində almaniyalı politoloq Piter Şults söyləyib.
ŞOK: Qarabağ müharibəsi başlayır: Rusiya qarışmır, ABŞ isə...
Qarabağda müharibənin yenilənməsi təhlükəsi həqiqətən mövcuddur. Bunu “1in.am” saytına açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk söyləyib: “Tarix bu konfliktin iştirakçılarına Aprel müharibəsindən sonrakı iki il ərzində gərginləşən geosiyasi situasiyada həll tapmağa şans verdi. Lakin tərəflərə hələ də strateji həll tapmaq mümkün olmayıb. Bəzi taktiki təkliflər edilib, amma strateji həll yoxdur.
Brussels News: "Dünya ictimaiyyəti erməni təcavüzünə ədalətli qiymət verməlidir"
Azərbaycanın müasir tarixinin ən qanlı və faciəvi hadisəsindən 26 il ötüb. Bu barədə Belçikanın "Brussels News" onlayn qəzetində Xocalı soyqırımına həsr olunmuş məqalədə deyilir. Məqalədə qeyd olunur ki, Xocalı qırğını bir çox ölkə və beynəlxalq təşkilat tərəfindən tanınmış soyqırımıdır: "Hüquq müdafiə təşkilatları və beynəlxalq KİV-lərin hesabatlarına əsasən, 1992-ci il 26 fevral hadisələri zamanı Xocalıda yüzlərlə dinc yalnız azərbaycanlı olduqlarına görə, xüsusi qəddarlıqla qətlə yetirilmişdi".
Kaliforniya Senatında erməni lobbisi ifşa olundu
ABŞ-ın Kaliforniya ştatının paytaxtı Sakramento şəhərində erməni lobbisinin təşkilatçılığı ilə Kaliforniya Ştat Senatında Sumqayıt hadisələrinin 30 illiyinə, Kaliforniya ştatı ilə Ermənistan arasında iqtisadi əlaqələrin təşviqinə və Türkiyədən Kaliforniya sərmayələrinin çıxarılmasına həsr olunmuş dinləmələr keçirilib.
Danışılmış oyunlarda şübhəli bilinən 58 nəfər həbs olundu
Yunanıstanda danışılmış oyunlarda şübhəli bilinən 58 nəfəri Apellyasiya Məhkəməsi günahlandırıb. Onlar 2008-2011-ci illərdə oyun alqı-satqısında iştirak ediblər. Məsələ bir neçə ay idi ki, araşdırılırdı. Adı hallanan 84 nəfərdən 58-nin günahı sübuta yetirilib. Prokurorluq həmin dönəmdə araşdırılan 25 oyundan 7-nin danışılmış olduğunu fakt kimi əsaslandırıb
Rusiya Avropa İnsan Haqları Konvensiyasından - Avropa Şurasından çıxmağı nəzərdən keçirir
Rusiya hökuməti Avropa İnsan Haqları Konvensiyasının denonsasiyası və Avropa İnsan Haqları Məhkəməsi ilə əməkdaşlığa son qoyulması imkanlarını öyrənir. Bu barədə “RİA Novosti”yə müvafiq dövlət idarələrindən məlumat verilib.
Bütün siyasi partiyalara bərabər şərait yaradılıb
Azərbaycanda bütün siyasi partiyalar üçün bərabər şərait yaradılıb. Seçki prosesinə heç bir maneə yoxdur”. “OLAYLAR” xəbər verir ki, bu fikirləri politoloq Ramiz Alıyev səsləndirib. O bildirib ki, ölkədə ictimai-siyasi sabitlik hökm sürür, təhlükəsizlik yüksək səviyyədə qorunur: “Söz, ifadə və mətbuat azadlığının təmin olduğunu deyən R.Alıyevin qeyd edib ki, insanların sərbəst toplaşmaq haqları dövlət tərəfindən tanınır və bunun üçün qanun çərçivəsində bütün imkanlar yaradılıb.
Milli Şuranın mitinq qərarına müxalifətin özündən etiraz
Radikal düşərgə deyəsən prezident seçkiləri ilə bağlı təlimat alıb. Söhbət seçki mübarizəsinə qoşulmaqdan yox, bu prosesə maneçilik yaratmaq, ona əngəl olmaq, nəticə etibarilə ictimai-siyasi sabitliyi pozmaqdan gedir. Hər halda Milli Şura adlanan qurumun təyin etdiyi mitinq belə deməyə əsas verir.
Səfiri ərəb nazirlə görüşüb
Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Daşqın Şikarov bu ölkənin iqlim dəyişikliyi və ətraf mühit naziri Thani bin Ahmed əl Zeyudi ilə görüşüb. “OLAYLAR”-a səfirlikdən a verilən məlumata görə, D.Şikarov Azərbaycan və BƏƏ arasında əlaqələrin ümummilli lider Heydər Əliyev və Şeyx Zayed əl Nəhyan tərəfindən yaradıldığını, artan xətlə inkişaf edən sıx ikitərəfli siyasi və iqtisadi əlaqələr, son nailiyyətlər və həyata keçirilən tədbirlərdən danışıb.
Beynəlxalq yük və sərnişin daşımalarda qaydaları pozanlar məsuliyyət daşıyacaq
Beynəlxalq yük və sərnişin daşımalarında mövcud problemlərin aradan qaldırılması məqsədilə qanunvericilik bazasının təkmilləşdirilmsi istiqamətində ciddi addımlar atılmaqdadır. Artıq ölkə parlamenti məsələ ilə bağlı müvafiq qanunvericilikdə dəyişiklik edib.
Novruzun süni qiymət artımı
Novruz bayramı yaxınlaşdıqca ölkə bazarlarında qiymət artımı müşahidə olunmaqdadır. Araşdırna zamanı bəlli oldu ki, bahalaşma təkcə bayram sovqatlarında deyil, satışa çıxarılan bütün növ məhsullarda hiss olunur. Yeri gəlmişkən qeyd edək ki, ən çox qiymət artımı ərzaq məhsullarında, xüsusən də kərə yağında baş verib. Vəziyyət o həddə çatıb ki, yerli istehsalla məşğul olan sahibkarlar ağına-bozuna baxmadan məhsullarının qiymətini pik həddinə çatdırıblar.
Oğlu evlənmədi, 7 il sonra qonşu qızının toyuna saldığı pulu geri istədi
Türkiyədə maraqlı olay yaşanıb. Kayseri şəhərində yaşayan M.K adlı qadın qonşusuna məktub yazıb. Qadın məktubda qonşusundan 7 il əvvəl onun qızının toyunda xərclədiyi pulları, taxdığı qızılları qaytarmağı istəməsi qeyd olunub. M.K. bildirib ki, oğlunun 37 yaşı tamam olub və indidən sonra da onun evlənəcəyinə ümidi yoxdur.














