Beynəlxalq yük və sərnişin daşımalarda qaydaları pozanlar məsuliyyət daşıyacaq

Beynəlxalq yük və sərnişin daşımalarında mövcud problemlərin aradan qaldırılması məqsədilə qanunvericilik bazasının təkmilləşdirilmsi istiqamətində ciddi addımlar atılmaqdadır. Artıq ölkə parlamenti məsələ ilə bağlı müvafiq qanunvericilikdə dəyişiklik edib.

Qanunvericilikdəki yenilik nə vəd edir?

Beynəlxalq yük və sərnişin daşımalarında mövcud problemlərin aradan qaldırılması məqsədilə qanunvericilik bazasının təkmilləşdirilmsi istiqamətində ciddi addımlar atılmaqdadır. Artıq ölkə parlamenti məsələ ilə bağlı müvafiq qanunvericilikdə dəyişiklik edib. Dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, daşımaları həyata keçirən yük avtomobillərinin və avtobusların nəzarət qurğusu (taxoqraf) olmadan və ya işləməyən, yaxud möhürlənməsi pozulmuş taxoqrafla, habelə sürücünün iş və istirahət rejimini əks etdirən taxoqramları doldurmadan idarə edilməsinə görə məsuliyyət daşıyacaq. Bu yenilik yalnız beynəlxalq yükdaşımaları həyata keçirən yük avtomobillərinin və avtobusların sürücülərinin məsuliyyəti nəzərdə tutulur. İnzibati Xətalar Məcəlləsinə beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarının taxoqrafdan istifadə qaydalarını pozmaqla, habelə sürücü tərəfindən iş və istirahət rejiminə riayət edilmədən yerinə yetirilməsi ilə əlaqdar yeni müddəa əlavə edilib. Yeniliyə əsasən yük avtomobilləri və ümumi istifadədə olan nəqliyyat vasitələri ilə beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarının taxoqrafdan istifadə qaydalarını pozmaqla yerinə yetirilməsinə görə məsuliyyətə cəlb ediləcəklər. Daha dəqiq, taxoqraf olmadan yerinə yetirilməsi, yoxlanma müddəti bitmiş və ya plomblanması pozulmuş taxoqrafdan istifadə, taxoqrafın yoxlanmasına dair möhür vurulmadan və ya onun yoxlanması haqqında müvafiq şəhadətnamə olmadan yerinə yetirilməsi inzibati məsuliyyət yaradacaq. Taxoqrafın qeydiyyata aldığı məlumatlar saxtalaşdırılmaqla yerinə yetirilməsinə görə fiziki şəxslər 150 manat məbləğdə, vəzifəli şəxslər 500 manat məbləğdə, hüquqi şəxslər 1000 manat məbləğdə cərimə ediləcəklər. Yük avtomobilləri və ümumi istifadədə olan nəqliyyat vasitələri ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımaları yerinə yetirən sürücü tərəfindən iş və istirahət rejiminə riayət edilməməsinə görə isə əlli manat məbləğində cərimə nəzərdə tutulur. "Beynəlxalq yük daşımaları həyata keçirən yük avtomobillərinin və avtobusların nəzarət qurğusu (taxoqraf) olmadan və ya işləməyən, yaxud möhürlənməsi pozulmuş taxoqrafla, habelə sürücünün iş və istirahət rejimini əks etdirən taxoqramları doldurmadan idarə edilməsinə görə 40 manat məbləğində cərimə edilir" maddəsi isə ləğv edilib. Bundan başqa, məcəllənin "Taksi" tanınma nişanları, taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan taksi minik avtomobili ilə sərnişin daşımalarının həyata keçirilməsinə görə 40 manatdan 50 manatadək məbləğdə cərimə edilir" maddəsinə də dəyişiklik edilib. Beləliklə beynəlxalq daşımalara görə, məsuliyyət daşımalı olan subyektlərin dairəsi genişləndirilib və məsuliyyət daşımalı olan şəxslərin dairəsinə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını təşkil edən fiziki və hüquqi şəxslər də əlavə edilib.
Millət vəkili Vüsal Hüseynov bildirib ki, qanunvericilikdəki dəyişiklik ölkədaxili sərnişin və yük daşımalarını təşkil edən fiziki və ya hüquqi şəxslərin fəaliyyəti ilə bağlıdır: "Yol hərəkəti haqqında" Qanuna əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü beynəlxalq yol hərəkətində iştirak etdikdə yük avtomobillərinin və avtobusların nəzarət qurğusu (taxoqraf) olmadan və ya işləməyən, yaxud möhürlənməsi pozulmuş taxoqrafla, habelə sürücünün iş və istirahət rejimini əks etdirən taxoqramları doldurmadan idarə etməməlidir. Yəni, hazırda qüvvədə olan qanuna əsasən beynəlxalq yük daşımalarını həyata keçirən yalnız yük avtomobillərinin və avtobuslarının sürücüləri üçün nəqliyyat vasitəsində işlək və möhürlənmiş taxoqrafların və doldurulmuş taxoqramların olması öhdəliyi müəyyən edilmişdir.Yeni Qanun layihəsinə əsasən əsasən bu tələb beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını təşkil edən fiziki və ya hüquqi şəxslər üçün müəyyən olunur. Deməli, Qanun layihəsi ilə 3 əsas məsələdə dəyişiklik edilmiş olur: artıq taxoqraf və taxoqram tələbi sadəcə beynəlxalq yol hərəkəti zamanı deyil, həm də ölkədaxili (şəhərlərarası və rayonlararası) daşımalarda da tətbiq olunacaq; bu öhdəlik artıq sadəcə yük daşımalarında deyil, həm də sərnişin daşımalarında da tətbiq olunacaq; artıq bu öhdəlik beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını təşkil edən və yerinə yetirən fiziki və hüquqi şəxslər üçün nəzərdə tutulur. Qanun qüvvəyə mindikdən sonra İnzibati Xətalar Məcəlləsində bu Qanunun tələblərinin pozulmasına görə müvafiq məsuliyyət (cərimə) müəyyən ediləcək. Bu məsuliyyət sürücülərlə yanaşı həmçinin daşımaları təşkil edən fiziki və hüquqi şəxsləri əhatə edəcək". Onun sözlərinə görə, digər mühüm məsələ sərnişin və yük daşımalarını təşkil edən fiziki və hüquqi şəxslər və sürücülərin beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər üçün iş və istirahət rejimi, nəqliyyat vasitələrinin taxoqrafla təchiz edilməsi, onlardan istifadə, onlara xidmət və fəaliyyətinə nəzarət qaydalarının hansı orqan tərəfindən müəyyən olunduğu və bu qaydaların siyahısıdır: "Yol hərəkəti haqqında" Qanuna əlavə olunması təklif edilən 6-1. maddənin ikinci hissəsinə əsasən həmin qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Bu halda müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərinin Azərbaycan Respublikası Nazirlər Kabineti olması nəzərdə tutulur. Nazirlər Kabinetinin həm ölkədaxili, həm beynəlxalq sərnişin və yük daşımalarının həyata keçirilməsi ilə bağlı iki qərarı mövcuddur. Həmin iki qərarda taxoqraf və taxoqramla bağlı məsələlər öz əksini tapmışdır. Dəyişiklik yol hərəkəti iştirakçılarının həyat və sağlamlığının qorunması və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün nəzərdə tutulur".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31