Səfiri ərəb nazirlə görüşüb

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Daşqın Şikarov bu ölkənin iqlim dəyişikliyi və ətraf mühit naziri Thani bin Ahmed əl Zeyudi ilə görüşüb.  “OLAYLAR”-a səfirlikdən a verilən məlumata görə, D.Şikarov Azərbaycan və BƏƏ arasında əlaqələrin ümummilli lider Heydər Əliyev və Şeyx Zayed əl Nəhyan tərəfindən yaradıldığını, artan xətlə inkişaf edən sıx ikitərəfli siyasi və iqtisadi əlaqələr, son nailiyyətlər və həyata keçirilən tədbirlərdən danışıb. 

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Daşqın Şikarov bu ölkənin iqlim dəyişikliyi və ətraf mühit naziri Thani bin Ahmed əl Zeyudi ilə görüşüb.  "OLAYLAR"-a səfirlikdən a verilən məlumata görə, D.Şikarov Azərbaycan və BƏƏ arasında əlaqələrin ümummilli lider Heydər Əliyev və Şeyx Zayed əl Nəhyan tərəfindən yaradıldığını, artan xətlə inkişaf edən sıx ikitərəfli siyasi və iqtisadi əlaqələr, son nailiyyətlər və həyata keçirilən tədbirlərdən danışıb. 

Səfir Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin qorunmasına verdiyi diqqət, neft və qaz hasil edən ölkə olduğundan ətraf mühitə tullantıların azaldılması məqsədilə müasir texnologiya və təcrübələrə külli miqdarda vəsait sərf etməsi, beynəlxalq müstəvidə bu sahədə əməkdaşlıq etməsi, Paris Müqaviləsinin üzvü olması barədə məlumat verib. O, bütün sahələrdə inkişaf edərək regionda və dünyada nüfuz sahibi olan ölkəyə çevrilmiş Azərbaycanın tək problemi olan qonşu Ermənistan tərəfindən torpaqlarımızın işğalı və bunun nəticəsində yaranmış humanitar və iqtisadi problemlər, Ermənistanın işğal altında saxladığı ərazilərdə ətraf mühitə verdiyi zərər, nüvə tullantılarını bu torpaqlarda basdırması, təbii sərvətləri talan etməsi, bununla yanaşı, məscid və digər tarixi, mədəni abidələri dağıtdığı barədə ətraflı məlumat verib.

Thani bin Ahmed əl Zeyudi iqlim dəyişikliyinin getdikcə daha vacib xarakter aldığı, Körfəz regionunun bu dəyişikliklərdən daha çox əziyyət çəkdiyi, bu səbəbdən ölkəsinin bu sahədə görülən tədbirləri artırması barədə məlumat verib. O, neft mühəndisliyi sahəsində işlədiyi zamanlarda Azərbaycanda olduğunu, ölkəmizin gözəlliyinə heyran qaldığını, müvafiq sahələrlə tanış olduğunu diqqətə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31