Gündəm

MTRŞ "istinad problemi"ndən danışdı

1 Mart 2018 15:38

"Çox təəssüf ki, bu gün elektron mediada, istinad məsələsi aktual bir problemə çevrilib. Bir sıra hallarda televiziya və radioların xəbər-informasiya buraxılışlarında da xəbərin ilkin mənbəyinə istinad edilməməsinin şahidi oluruq". Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

Evlənənlərin sayı azalır

1 Mart 2018 15:32

Ötən il Bakıda qeydə alınan boşanma və nikahların sayı açıqlanıb. Bakı şəhər Statistika İdarəsindən verilən məlumata görə, 2017-ci il Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 15426 nikah və 4906 boşanma halları qeydə alınıb.

Bakıda doğulan hər yüz körpədən 53-ü oğlan olub

1 Mart 2018 15:31

2017-ci ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən Bakı şəhərində 30373 nəfər, gündə təxminən 83 nəfər körpə dünyaya gəlib.

"Roma" rəhbərliyi Di Françesko ilə şərt kəsdi

1 Mart 2018 15:26

"Roma"nın baş məşqçisi Eusebio Di Françesko mövsümün sonunda istefaya göndərilə bilər. "Canavarlar"ın rəhbərliyinin komanda mövsümün sonunda Çempionlar Liqasına vəsiqə qazana bilməyəcəyi təqdirdə, italyan mütəxəssisi istefaya göndərəcəyi qeyd edilib.  48 yaşlı mütəxəssis ötən ildən "Roma"nı çalışdırır.

5 min illik mumiyada döymələr üzə çıxdı

1 Mart 2018 15:25

İngiltərənin paytaxtı Londondakı “British Museum”da nümayiş etdirilən iki mumiyada döymələrin olduğu üzə çıxıb. Yeni texnoloji üsulla aparılan tədqiqatlar nəticəsində mumiyaların dərisində müxtəlif rəsmlərin olduğu kəşf edilib.

Putin bitkoin texnologiyasını dəstəklədi

1 Mart 2018 15:23

"Rusiya qanunları ölkədə elektron ticarət və paylaşdırılmış reyestrin inkişafına mane olmamalıdır". Bunu Rusiya Federasiya Şurasında ənənəvi illik müraciəti zamanı ölkə prezidenti Vladimir Putin deyib.

İşçilər üçün normal iş şəraiti niyə yaradılmır?

1 Mart 2018 15:21

Ölkədə mövcud müəssisə və təşkilatlarda işçilər üçün normal iş şəraitinin yaradılması aktual məsələlərdən hesab olunur. Buna səbəb bir sıra özəl təşkilatlarda bu kimi məsələlərin arxa plan keçirilməsidir. Bəzi müəssisələrdə həmkarlar təşkilatları olmadığından bu məsələlərə ciddi riayət olunmur. Ölkə qanunvericiliyində isə bu məsələlər yüksək səviyyədə tənzimlənir.

Ədliyyə Nazirliyi işçi axtarır

1 Mart 2018 15:19

"Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş tələblərə cavab verən ali hüquq təhsilli Azərbaycan vətəndaşları müsabiqəyə dəvət olunur. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, müsabiqənin birinci mərhələsində – test imtahanında iştirak üçün müraciətlərin qəbulu nazirliyin əhaliyə göstərdiyi “Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirak üçün namizədin qeydə alınması” adlı elektron xidmət vasitəsilə həyata keçirilir.

Putindən canlı yayımda NÜVƏ TƏHDİDİ

1 Mart 2018 15:18

Rusiya Federasiyasının prezidenti Vladimir Putin canlı yayımda etdiyi açıqlama ilə diqqətləri üzərinə çəkib.  Putin dünyanın hər yerini vura biləcək böyük bir nüvə silahı (raket) hazırladıqlarını deyib.

Cenk Tosunun İngiltərə macərası bitir? - Mövsümün sonunda...

1 Mart 2018 15:16

Qış fasiləsində "Beşiktaş"dan "Everton"a transfer olunan Cenk Tosunun İngiltərə karyerası qısa çəkə bilər. Premyer Liqada heç cür özünü tapa bilməyən türkiyəli hücumçunun mövsümün sonunda ya transfer olunduğu "Beşiktaş"a, ya da başqa komandaya icarəyə verilməsi gündəmdədi. Bu barədə məlumatı İngiltərə mətbuatı yayıb. Xəbərdə Liverpul təmsilçisinin baş məşqçisi Sem Ellerdaysın 26 yaşlı forvardın oyunundan narazı qaldığı, mövsümün sonunda onun başqa komandaya icarəyə verilməsini rəhbərlikdən tələb edəcəyi qeyd edilib.

Kişiləri aldadan, qadını öldürmək istəyən gözəlçə tutuldu

1 Mart 2018 15:15

ABŞ-ın Nyu-York şəhərinin Kuins dairəsinin prokurorluğu rusiyalı Viktoriya Nasırovanı 35 yaşlı amerikalı qadını öldürməyə çalışmaqda suçlayıb. 42 yaşlı V.Nasırova 2016-cı ilin fevralında Nyu-York sakini olan qadına içinə fenazepam qatılmış çizyek təklif edib. Pirojnanı yeyəndən sonra həmin qadını özünü pis hiss edib, huşunu itirib. Axşam saatlarında qadın evində, yatağında ağır vəziyyətdə aşkarlanıb. Onun ətrafına həblər səpələnmişdi.

Rusiya vətəndaşları Azərbaycanda səs verə biləcəklər - ÜNVANLAR

1 Mart 2018 15:14

Azərbaycanda daimi yaşayan və ya müvəqqəti olan Rusiya vətəndaşları martın 18-də keçiriləcək RF Prezidenti seçkilərində iştirak edə biləcəklər. Rusiyanın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, seçicilər Bakı şəhəri, Bakıxanov küçəsi, 13 (səfirliyin konsul bölməsi) ünvanında yerləşən 8017 saylı seçki məntəqəsində səs verə bilərlər. Seçki məntəqəsi martın 18-i saat 08:00-dan 20:00-dək açıq olacaq.

Türkiyədə növbədənkənar seçkilər olacaq?

1 Mart 2018 15:12

Türkiyədə növbədənkənar parlament seçkiləri planlaşdırılmır. Bunu ölkənin Baş nazirinin müavini Bəkir Bozdağ deyib. B.Bozdağ bildirib ki, KİV-lərdə 2018-ci ilin əvvəlində növbədənkənar parlament seçkilərinin keçirilməsi xəbəri həqiqəti əks etdirmir.

“Arka sokaklar”ın Mesudu niyə toy edə bilmir?

1 Mart 2018 15:11

"Arka sokaklar” filmində Mesud obrazını canlandıran Şevket Çoruhun özünə toy etməməsinin səbəbi bəlli olub.  Ötən ilin dekabrında 2 illik sevgilisi Özge Tunayla nikah bağlayan aktyorun xeyli borcu olduğundan toy edə bilmir.

İlhamə Quliyevanın oğlu həyat yoldaşından ayrıldı - VİDEO

1 Mart 2018 15:05

Mərhum xalq artisti İlhamə Quliyevanın övladlığa götürdüyü Orxan Nadirov həyat yoldaşıyla ayrılıb. Məlumata görə, bu haqda Əli Mirəliyev “Səhər-səhər” verilişində deyib.