Kişiləri aldadan, qadını öldürmək istəyən gözəlçə tutuldu
ABŞ-ın Nyu-York şəhərinin Kuins dairəsinin prokurorluğu rusiyalı Viktoriya Nasırovanı 35 yaşlı amerikalı qadını öldürməyə çalışmaqda suçlayıb. 42 yaşlı V.Nasırova 2016-cı ilin fevralında Nyu-York sakini olan qadına içinə fenazepam qatılmış çizyek təklif edib. Pirojnanı yeyəndən sonra həmin qadını özünü pis hiss edib, huşunu itirib. Axşam saatlarında qadın evində, yatağında ağır vəziyyətdə aşkarlanıb. Onun ətrafına həblər səpələnmişdi.
1 Mart 2018 15:15 DünyaABŞ-ın Nyu-York şəhərinin Kuins dairəsinin prokurorluğu rusiyalı Viktoriya Nasırovanı 35 yaşlı amerikalı qadını öldürməyə çalışmaqda suçlayıb. 42 yaşlı V.Nasırova 2016-cı ilin fevralında Nyu-York sakini olan qadına içinə fenazepam qatılmış çizyek təklif edib. Pirojnanı yeyəndən sonra həmin qadını özünü pis hiss edib, huşunu itirib. Axşam saatlarında qadın evində, yatağında ağır vəziyyətdə aşkarlanıb. Onun ətrafına həblər səpələnmişdi.
Prokurorluğun fikrincə, Nasırova bunu qəsdən edərək qadının intihar etməsi ilə bağlı qənaət yaratmağa çalışıb.
Həmin qadın hospitala aparılıb. Onun evindən pasportunun və digər sənədlərinin, habelə qızıl-zinət əşyalarının və pullarının oğurlandığı aşkarlanıb.
Qadın müstəntiqlərə bildirib ki, evinə Nasırova gəlibmiş.
Oğurlanmış əşyalar və sənədlər Nasırovanın mənzilində tapılıb.
Özünü sosial şəbəkələrdə "Gözəlçə" adlandıran V.Nasırovanın məqsədinin ona bənzəyən bu qadının sənədlərinə yiyələnmək və özünü həmin qadın kimi qələmə vermək olduğu deyilir.
Məhkəmə V.Nasırovanı suçlu bilərsə, onu 25 ilədək həbs gözləyir.
V.Nasırova 2014-cü ilin oktyabrında Rusiyanın Krasnodar şəhərində 54 yaşlı Alla Alekseyenkonu qətlə yetirməkdə və böyük məbləğdə pul oğurluğunda suçlanaraq İnterpol xətti ilə axtarışa verilmişdi.
O da vurğulanır ki, V.Nasırova ABŞ-da tanışlıq saytları vasitəsilə kişilərlə tanış olur, onlara görüş təyin edirdi. Görüş əsnasında kişinin içkisinə və ya yeməyinə gcülü təsirə malik dərman preparatları qataraq qurbanını yuxuya verən V.Nasırova onu qarət edirmiş.
Ötən ay V.Nasırova Nyu-Yorkdakı Raykers həbsxanasında kamerada döyüldüyünü demişdi. Milli.Az CBS-ə istinadən xəbər verir.