Gündəm
Hazırda dünya müharibəsi gedir-İRAN
Suriyadakı savaş 80 ölkənin iştirak etdiyi dünya müharibəsidir. Bunu jurnalistlərə açıqlamasında İranın Ali dini liderinin xarici siyasət üzrə müşaviri Əli Əkbər Vilayəti söyləyib. “
Qanunsuz miqrasiya ilə mübarizə çərçivəsində 15 əcnəbi saxlanılıb
Dövlət Miqrasiya Xidmətiqanunsuz miqrasiyaya qarşı mübarizə tədbirlərini davam etdirir. DMX-dən verilən məlumata görə, qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər zamanı 7 nəfər Pakistan, 6 nəfər Hindistan, 2 nəfər Şri Linka vətəndaşı olmaqla, ümumilikdə 15 əcnəbi saxlanılıb.
Evlərə qənim kəsilən şəxslər yaxalanıblar
Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakinləri tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə fevralın 20-də rayon ərazisindəki evlərin birindən 1000 manat və televizor oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Vüsal Qurbanov və Rəşad Hümbətov saxlanılıb.
Keçmiş məhkumun əlləri qandallandı
Silsilə oğurluqla məşğul olan şəxs tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 23-də Zöhrab Zeynalzadəyə məxsus “Ford” markalı avtomobildən geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Gülüstan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Yaşar Əlisgəndərov saxlanılıb.
Oğrunun digər əməlləri də ifşa edilib
Oğurluqda şübhəli bilinən Abşeron rayon sakini tutulub. DİN-dən “Olaylar2a verilən məlumata görə, Sabunçu RPİ 15-ci PB-nin əməkdaşları tərəfindən fevralın 24-27-də rayon ərazisindəki 2 mağazadan 2560 manat, mobil telefon, spirtli içki və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakinləri, əvvəllər məhkum olunmuş Vüsal Səmədov, Tünzalə Hüseynova və Əlzaman İdrisov saxlanılıb.V.Səmədovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun ötən il dekabrın 16-da Rahil Musayevin 800 manatını oğurlaması da müəyyən edilib.
I “Karyera sərgisi” təşkil edilib
ASAN Könüllülük Məktəbinin “ASAN kadr” karyera mərkəzi və Bakı Ali Neft Məktəbi gənclərin məşğulluğunu artırmaq üçün 1-ci “Karyera sərgisi” təşkil edib. “OLAYLAR” xəbər verir ki, sərgidə 50-yə yaxın şirkət və Bakı Ali Neft Məktəbinin tələbələri və eyni zamanda, digər təhsil ocaqlarından tələbələr iştirak edib. Sərgi vətəndaşlara məşğulluq, iş, təcrübə imkanları təklif edib, habelə müxtəlif şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə peşəkar ünsiyyət qurmağa şərait yaradıb. Eyni zamanda, Bakı Limanının İnsan resursları departamentinin əməkdaşları iştirakçıların iş imkanları və iş tələbləri barədə verilən sualları cavablandırıblar.
Moskva məktəbliləri üçün Azərbaycan mədəniyyəti dərsi keçirilib
Azərbaycan Mədəniyyətinin İntibah və İnkişafı Fondu Moskva Millətlər Evinin Gənclərlə iş şöbəsi ilə birgə Rusiya paytaxtında məktəblilər üçün Azərbaycan mədəniyyətinə həsr olunmuş dərs təşkil edib. “OLAYLAR” xəbər verir ki, Moskva şəhərinin 967 nömrəli ümumtəhsil məktəbində baş tutan “Dostluq dərsi”nin məqsədi məktəblilərin Azərbaycan xalqının ənənələri və mədəniyyəti haqqında olan məlumatını genişləndirməkdir. 3,4, və 5-ci sinif şagirdləri üçün təşkil olunmuş dərsdə 100-dən artıq məktəbli iştirak edib.
Leyla Yunusun utancverici hərəkəti - Vyanada baş verənlərin təfərrüatı
Xəbər verdiyimiz kimi, ATƏT Parlament Assambleyasının Vyanada keçirilən 17-ci qış sessiyasında iştirak edən azərbaycanlı deputatlar anti-Azərbaycançı Leyla Yunusdan Xocalı qurbanları barədə nə üçün danışmadığını soruşublar. O, deputatların sualına cavab vermək əvəzinə Xocalı şəhidlərinə açıq şəkildə sayğısızlıq edərək gülməyə başlayıb.
"Barselona"nın transfer bombası açıqlandı - 249 milyona gəlir
Antoine Qrizmann yayda "Atletiko"ya keçəcək. Bu barədə İspaniyanın "Radio Cat" radiosu məlumat yayıb. Bildirilir ki, "Barselona" futbolçu ilə müqavilənin bütün detallarını razılaşdırılıb.
Regionların sosial iqtisadi inkişafı proqramları rayonların dirçəlməsində əhəmiyyətli rol oynayır
Ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət bölgələrin inkişafında xüsusi əhəmiyyət daşıyır. Əsasən regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası ayrı-ayrı rayonların inkişafına ciddi təsir göstərib. Belə rayonlardan biri də respublikanın cənub bölgəsində yerləşən Astara rayonudur.
Xaçmazda 4 otaqlı ev yanıb
Xaçmaz rayonunda ümumi sahəsi 130 m2 olan birmərtəbəli 4 otaqlı evin bir otağının yanar konstruksiyaları 20 m2 sahədə və dam örtüyü 70 m2 sahədə yanıb. Məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Əhmədin döyüşmədiyi yer qalmadı – Yeni oyun
Hizbullah “Müqəddəs müdafiə” adlı kompüter oyunu buraxıb. Oyun Beyrutda ictimaiyyətə təqdim edilib. Yeni oyunda əsas qəhrəman kimi Əhməd adlı Hizbullah döyüşçüsü göstərilib. Bu döyüşçünün Suriyanın Palmira, Hələb, Deyr əz-Zordakı döyüşlərdə iştirak etdiyi və missiyasını Livan-Suriya sərhədindəki döyüşlərdə başa vurduğu əks olunub.
Bred Pit və Di Kaprio eyni filmdə rol alacaq
Məşhur aktyorlar Bred Pit və Leonardo Di Kaprio Kventin tarantinonun yeni filmində rol alacaqlar. Bu barədə “Sony Pictures” məlumat yayıb. Filmin adı “Bir zaman Hallivudda” olacaq. Hadisələr 1969-cu ildəcərəyan edir.
"Gecə saat üçdür və mən səni sevirəm"
Gənc şair Ruzbeh Məmmədin yeni kitabı nəşr olunub. "Gecə saat üçdür və mən səni sevirəm" adlı şeirlər kitabı "Parlaq İmzalar Nəşriyyatı"nda çap edilib. Kitaba şairin ən son yazılan və mətbuat orqanlarında çap edilən şeirləri daxil edilib.
Mədəsini kiçildən sənətçinin vəziyyəti pisləşdi
Mədəkiçiltmə əməliyyatından sonra 47 kiloqramadək arıqlayan aparıcı-aktrisa Müge Oruçkaplanın səhhəti pisləşib. Dərhal xəstəxanaya çatdırılan sənətçi yenidən əməliyyat ediləcək.














