Gündəm

Saxta sənədlərin identifikasiyası mövzusunda təlim öz işinə başlayıb

1 Mart 2018 17:09

2018-ci ilin 1 mart tarixində Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan Respublikasındakı Nümayəndəliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının bir sıra dövlət qurumlarının əməkdaşları üçün təşkil edilmiş saxta sənədlərin identifikasiyası mövzusunda iki günlük təlim öz işinə başlamışdır.

Texniki yardım layihəsinin İdarəetmə Komitəsinin üçüncü görüşü

1 Mart 2018 17:05

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində “Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT) İnkişafına Avropa İttifaqının Dəstəyi” texniki yardım layihəsinin İdarəetmə Komitəsinin üçüncü iclası keçirilib.

Deputatlarımız MDB PA-nın tədbirinə qatılacaqlar

1 Mart 2018 17:02

Milli Məclisin üzvləri Elmira Axundova və Rauf Əliyev martın 1-də Rusiya Federasiyasına səfər ediblər. MM-dən “Olaylar”a verilən məlumata görə, millət vəkilləri Sankt-Peterburq şəhərində keçiriləcək Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının Mədəniyyət, informasiya, turizm və idman məsələləri komissiyasının iclasına qatılacaqlar. Deputatlarımız müzakirəyə çıxarılan məsələlərə öz münasibətlərini bildirəcək, təkliflər verəcəklər.Tədbirdə MDB-yə üzv ölkələrin nümayəndələri iştirak edəcəklər. Səfər martın 3-də başa çatacaq.

Dəmir yolunda MM üzrə nəzəri- praktik tədbirlər keçirilib

1 Mart 2018 17:03

“Azərbaycan Dəmir Yolları” QSC-nin 2018-ci il üçün tədbirlər planına müvafiq olaraq, Biləcəri dəmir yolu qovşağında, “Təsərrüfat İdarəsi” MMC-də, Mühafizə İdarəsinin Bakı Mühafizə komandasında, Bakı-yük stansiyasında və digər müəsissələrdə “Mülki müdafiə və milli qurumlar tərəfindən fövqəladə halların effektiv idarə olunması” mövzusunda nəzəri-praktik tədbirlər keçirilib. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, tədbirin keçirilməsində məqsəd, işçilərə fövqəladə hallar zamanı əhalinin və əmlakın təhlükəsizliyinin təmin edilməsi vərdişlərini və fövqəladə hallar zamanı davranış qaydalarını öyrətməkdir.

AzTU Almaniya universitetləri ilə razılaşmalar əldə edib

1 Mart 2018 16:59

Azərbaycan Texniki Universitetinin (AzTU) “Maşınqayırma“ fakültəsinin dekanı, dosent Ərəstun Məmmədov Almaniyanın Berlin Texniki Universitetində (Berlin TU) keçirilən İCM–2018 (Konferenz zur Internationalisierung der Curricula MİNT–Fächer) adlı beynəlxalq konfransda iştirak edib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, konfrans universitet tələbələrinin tədris prosesi zamanı mübadilə proqramlarında iştirak etmələrini asanlaşdırmaq, əcnəbi tələbələrin öz təhsillərini bu universitetlərdə davam etdirmək proseslərinə kömək məqsədi ilə Riyaziyyat, İnformatika, Təbiət və Texniki elmlər – Fənləri (MİNT-Fächer) üzrə tədris planlarının (kurikulumlarının) beynəlmiləlləşdirilməsi yollarının axtarışına həsr edilib.

İctimai nəqliyyatda davranış qaydaları müzakirə edilib

1 Mart 2018 16:58

Azərbaycan Turizm və Menecment Universitetində ictimai nəqliyyatda davranış qaydalarına həsr olunmuş tədbir keçirilib. “OLAYLAR”-a “BakuBus” MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, tədbirdə ictimai nəqliyyatda baş verən xoşəgəlməz hadisələr və avtobusda təhlükəsizlik və davranış qaydaları ilə bağlı tələbələrlə geniş fikir mübadiləsi aparılıb, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, "BakuBus" MMC-nin təşkilati dəstəyi ilə hazırlanmış sosial çarxın nümayişi keçirilib. Çıxış edənlər ictimai nəqliyyatda baş verən hadisələr zamanı hər bir sərnişinin münasibəti ilə formalaşan ictimi qınağın, ictimai nəzarətin əhəmiyyətindən söz açıblar.

Avropada anomal soyuqlar 50 nəfərin ölümünə səbəb oldu

1 Mart 2018 16:52

Avropada anomal şaxtalar insan ölümü ilə nəticələnib. Şaxtalar nəticəsində Avropada 50-ə yaxın insan ölüb. Onlardan 32-i Polşada dünyasını dəyişib. Digərləri isə, Çexiya, Fransa, Britaniya, İtaliya və İspaniya sakinləridir.

Rasim Balayev: "Fuad zənglərimə cavab vermir..."

1 Mart 2018 16:46

İsrailli həkim sırf mənim üçün gəlməmişdi Bakıya. O, burada olduğu müddətdə getdim yanına və bir kurs müalicə aldım. Əvvəlkinə nisbətən yaxşıyam. Ancaq yenə də ayağımda ağrılar var. Həkim Bakıya yenidən gələn kimi müalicəni davam etdirəcəm.

Fərhad Hacıyev nazir müavini təyin edildi

1 Mart 2018 16:42

Gənclər və İdman naziri Azad Rəhimova yeni müavin təyin edilib. Məlumata görə, bu vəzifəyə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun keçmiş icraçı direktoru Fərhad Hacıyev təyin olunub. F.Hacıyev Prezident İlham Əliyevin sərəncamı ilə açılan nazirin üçüncü müavini ştatında fəaliyyət göstərəcək.

Kolleclərə ərizə qəbulu başladı

1 Mart 2018 16:38

Dövlət İmtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün Azərbaycanın orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu elan edir. DİM-dən “Olaylar”a verilən məlumata görə, orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu martın 1-dən martın 27-dək internet vasitəsilə aparılır.

Zahid Orucun topladığı imzalar MSK-ya təqdim edilib

1 Mart 2018 16:35

11 aprel 2018-ci ildə Azərbaycanda keçirləcək növbədənkənar prezident seçkilərində namizədliyini müstəqil qaydada irəli sürmüş Zahid Oruc namizədliyinin qeydə alınması üçün topladığı imza vərələqrini MSK-ya təqdim edib. “Olaylar” xəbər verir ki, bu barədə Zahid Orucun Seçki qəargahından məlumat verilib .

Azərbaycanda yeni Assosiasiya yaradıldı-Südlə bağlı

1 Mart 2018 16:36

Süd və süd məhsulları istehsalçılarının təşəbbüsü, İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyası təsis edilib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Assosiasiya süd və süd məhsullarının istehsalı sahəsində sahibkarlığın inkişafına, bu sahədə yeni texnologiyaların tətbiqinə, istehsalın və ixracın artmasına dəstək göstərəcək.

"Mona Liza" Luvrdan çıxarılacaq

1 Mart 2018 16:33

Fransanın mədəniyyət naziri Fransuaza Nissen Leonardo da Vinçinin “Mona Liza” (Cokonda) əsərinin Parisin Luvr muzeyindən çıxarıla biləcəyini deyib. Məlumata görə, nazir bildirib ki, əsər müvəqqəti Lans şəhərində Luvrun filialında nümayiş etdirilə bilər. Bu məsələnin hazırda muzey rəhbərliyi tərəfindən müzakirə olunduğu barədə məlumat verilib.

Onların sayı 24 milyon 575 minə çatıb

1 Mart 2018 16:28

Cari ilin fevral ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron Hökumət” portalı üzərindən təqdim etdiyi elektron xidmətlərə 750 607 dəfə müraciət olunub. Ümumilikdə ötən dövrdə əmək və sosial müdafiə sahələri üzrə e-xidmətlərə 24 milyon 575 min müraciətin qeydə alınması aktual fəaliyyət sahələrini əhatə edən bu e-xidmətlərə cəmiyyətdə olan böyük sosial tələbi və ictimai marağı təsdiq edir. 

Rusiyanın cavab zərbəsi ABŞ-ın sonu olacaq

1 Mart 2018 16:24

Avropadakı müttəfiqlərinə nüvə silahından istifadəni öyrədən ABŞ bunun bəşəriyyətin sonu olacağını unudaraq, Rusiya ilə nüvə müharibəsi istiqamətində irəliləyir. Bu barədə ehtiyatda olan rus general Yevgeni Bujinski danışıb.