Gündəm

Hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

1 Mart 2018 17:46

Azərbaycanın rayonlarında martın 2-də hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. 

“Qüdslə bağlı qərarımızdan heç vaxt geri dönmərik” – Ərdoğan

1 Mart 2018 17:44

“ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürməsi barədə verdiyi qərar bizim üçün əhəmiyyət daşımır”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Prezident qeyd edib ki, BMT və digər 128 ölkə qərara etiraz olaraq ABŞ-ın qarşısında dayandı: “ABŞ-a isə 8 ölkə dəstək verdi. Heç vaxt güc haqlı deyil, haqq güclüdür.

Ruhani Azərbaycana gəlir

1 Mart 2018 17:42

İran prezidenti Həsən Ruhani martın 28-də Azərbaycana səfər edəcək. Məlumata görə, Ruhani bir sıra rəsmilərlə görüş keçirəcək.

İşçiləri əmək müqaviləsi olmadan işlədən tikinti şirkətləri barəsində cinayət işi başlanıb

1 Mart 2018 17:40

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən tikinti sektorunda aparılmış monitorinqlər nəticəsində əmək müqavilələri olmadan işçilərin işə cəlb edilmələri faktları ilə bağlı 19 hüquqi və 3 fiziki şəxs barəsində həmin Agentlikdən daxil olmuş 18 material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Azərbaycanda vulkan püskürüb

1 Mart 2018 17:38

Bu gün səhər saatlarında Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən Torağay palçıq vulkanında  püskürmə baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova  bilirib ki, palçıq vulkanının ətrafında heç bir yaşayış məntəqəsi yoxdur. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən püskürmə və onun nəticələri öyrənilir, müvafiq monitorinqlər həyata keçirilir. 

Yeni sürüşmə və uçqun sahələri yaranıb, yol infrastrukturuna ziyan dəyib

1 Mart 2018 17:37

Azərbaycanda sürüşmə sahələrində vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov  deyib ki, Astarada Kijəbə və Miki sürüşmə sahələrində nisbi aktivlik müşahidə olunur.

İstintaq qrupu Bayıl sürüşmə sahəsinə baxış keçirir

1 Mart 2018 17:33

Bayıl yamacında baş verən sürüşmə ilə əlaqədar başlanmış cinayət işini araşdıran istintaq qrupu hadisə yerinə baxış keçirir. Məlumata görə, bu gün Bakı şəhər Prokurorluğunun əməkdaşlarından ibarət istintaq qrupu mütəxəssislərlə birgə Bayıl yamacında gedib. Onlar hazırda sürüşmə nəticəsində dağılmış evlərə baxış keçirir. Baxışın nəticəsi olaraq müvafiq qərar qəbul ediləcək.

Jurnalistlərin binasından oğurluq edən şəxslər tutulub

1 Mart 2018 17:32

Jurnalistlərin binasından oğurluq edən şəxslər tutulub. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Yasamal və Səbail rayon Polis İdarələri əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt ərazisindəki evlərdən silsilə oğurluqlar edən dəstə üzvləri tutulub.

Ukraynanın 1682 məmur korrupsiya faktına görə saxlanılıb

1 Mart 2018 17:22

2018-ci ilin yanvar-fevral aylarında Ukraynanın Baş Prokurorluğu korrupsiya faktlarında ittiham olunan 1682 məmuru saxlayıb. Bu barədə mətbuata Ukraynanın baş prokuroru Yuriy Luçenko məlumat verib. Onun sözlərinə görə, hesabat dövründə məmurların rüşvət alması faktı üzrə artıq 362 iş məhkəməyə göndərilib.

XİN: “Hər yoldan ötəni şərh etmirik”

1 Mart 2018 17:20

“Azərbaycan XİN hər yoldan ötəni şərh etmir”. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hikmət Hacıyev Avropa Parlamentində Qarabağ münaqişəsinə həsr edilmiş dəyirmi masada BMT-nin müstəqil eksperti Alfred de Sayasın bəyanatına mövqe bildirərkən söyləyib.

Daha bir sayt fəaliyyətə başladı

1 Mart 2018 17:18

Martın 1-dən Azərbaycanda yeni media qurumu – sayt fəaliyyətə başlayıb. Saytın yaradıcısı Parlement Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlıdır. AzEdu.az sırf təhsil saytıdır. Saytın hansı zərurətdən yaranması ilə bağlı sorğuya cavab olaraq Elşad Eyvazlı bildirib ki, bu sahədə müəyyən boşluqlar var: “Ciddi bir təhsil komandası ilə bu işə başladıq. Komandanın üzvləri arasında yeni təhsil ekspertlərindən tutmuş xaricdə təhsil almış gənclərə qədər müxtəlif insanlar var. Qarşımıza böyük məqsədlər qoymuşuq və hədəflərə çatmaqda çox israrlıyıq”.

Ərdoğan: "Afrindən sonra Mənbicin azad olunması üçün hərbi əməliyyata başlayacağıq"

1 Mart 2018 17:15

ABŞ Suriyanın Mənbic bölgəsi üzrə Türkiyənin mövqeyi barədə məlumatlıdır. Məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. Dövlət başçısı qeyd edib ki, Afrinin azad edilməsindən sonra Türkiyə Silahlı Qüvvələri Mənbicin azad olunması üzrə hərbi əməliyyata başlayacaq: "Mənbicin etnik tərkibi PYD terrorçuları tərəfindən dəyişdirilib. Bu bölgədə əhalinin 90 faizini təşkil edən ərəblər ərazidən tamamilə qovulub".

Bağlı qapı arxasında halsız qalmış şəxs xilas edilib

1 Mart 2018 17:12

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və halsız vəziyyətdə olan vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.

Bakıda şirniyyat sexi yanıb

1 Mart 2018 17:10

Bakı şəhəri, Nizami rayonunda ümumi sahəsi 800 m² olan şirniyyat sexində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə sahəsi 12 m² olan, plastik materialdan ibarət ofis otağı, 38 m² sahəyə yığılmış kağız və plastik qutular yanıb, yüksək temperaturdan sexin lambirdən ibarət tavanı 200 m² sahədə əriyib. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.