“Qüdslə bağlı qərarımızdan heç vaxt geri dönmərik” – Ərdoğan
“ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürməsi barədə verdiyi qərar bizim üçün əhəmiyyət daşımır”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Prezident qeyd edib ki, BMT və digər 128 ölkə qərara etiraz olaraq ABŞ-ın qarşısında dayandı: “ABŞ-a isə 8 ölkə dəstək verdi. Heç vaxt güc haqlı deyil, haqq güclüdür.
1 Mart 2018 17:44 Dünya"ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürməsi barədə verdiyi qərar bizim üçün əhəmiyyət daşımır". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Prezident qeyd edib ki, BMT və digər 128 ölkə qərara etiraz olaraq ABŞ-ın qarşısında dayandı: "ABŞ-a isə 8 ölkə dəstək verdi. Heç vaxt güc haqlı deyil, haqq güclüdür. Orada bunu gördük. Qüdslə bağlı qərarımızdan heç vaxt geri dönən deyilik. Qüds Fələstinin paytaxtıdır. Bunu elan etmişik". Azadinform.az