Gündəm

Azərbaycan Prezidenti sosial təminat müəssisələrində çalışan işçilərin maaşını artırıb

1 Mart 2018 18:33

Prezident İlham Əliyev sosial təminat müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyev səhiyyə müəssisələrində çalışan işçilərin əməkhaqlarını artırdı

1 Mart 2018 18:31

Prezident İlham Əliyev səhiyyə müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncamı imzalayıb.

Dünyada 400 QB-lıq ən sürətli “microSD” yaddaş kartı nümayiş etdirilib

1 Mart 2018 18:30

“Western Digital” şirkəti Barselonada keçirilən “MWC” sərgisində dünyada tutumu 400 QB təşkil edən “UHS-I” adlı ən yüksəksürətli “microSD” yaddaş kartını təqdim edib. Şirkət, həmçinin fləş yaddaş kart texnologiyalarının gələcəyi haqda məlumat verib və “PCIe” interfeysini dəstəkləyən qurğuları nümayiş etdirib.

İki nəhəng ordu arasında qarşıdurma: Ölənlər var

1 Mart 2018 18:24

Hindistan ordusu Cammu Kəşmir mahalında nəzarət məntəqəsindən Pakistan tərəfini atəşə tutub.  Bhimber kəndində hindli əsgərlərin qəfildən hərbi hissəyə atəş açması nəticəsində 2 pakistanlı hərbçi həlak olub. Pakistan ordusu da öz növbəsində Hindistan tərəfinə qarşılıq verib.

"İntihar edərəm ..." - Xoşqədəm canlı yayımda SÖZ VERDİ - VİDEO

1 Mart 2018 18:22

Aylardır Lənkəranda yoxa çıxan 1 uşaq anası Çinarənin axtarışları nəticə vermir. "Səni axtarıram"ın axtarışlarının nəticə vermədiyini görəm Xoşqədəm efir vasitəsi ilə Çinarəylə bağlı hər hansı bir məlumatı olan insanlara müraciət edib.  Aparıcı canlı yayımda itkin gəlinin taleyi ilə bağlı ona məlumat verən şəxslərin anonimliklərini ölümü, həbsxanaya düşməyi, intiharı bahasına da olsa qoruyacağı ilə bağlı müraciət edib.

Rusiyadan Türkiyəyə jest: Bu tarixdən...

1 Mart 2018 18:19

Rusiya Türkiyədən bəzi kənd təsərrüfatı məhsullarının idxalına qoyduğu qadağanı aradan qaldıracaq. Bu barədə Rusiya Qida Təhlükəsizliyi qurumunun sözçüsü Yuliya Melano danışıb. Melano 5 martdan etibarən Türkiyədən Rusiyaya bibər, badımcan, kələm nar və digər kənd təsərrüfatı məhsullarının idxalına icazə veriləcəyini bildirib.

Lənkəranda itən şəxs tapılıb

1 Mart 2018 18:15

Lənkəranda evdən çıxaraq geri qayitmayan 1990-cı il təvəllüdlü Fərid Nazim oğlu Ağayev tapılıb. F. Ağayev ailəsinə zəng vuraraq olduğu yer barədə məlumat verib, daha sonra isə evə qayıdıb. F. Əliyevin hansı səbəbdən evdən getdiyi və bir neçə günü harada keçirdiyi açıqlanmayıb. 

Rusiya Türkiyədən nar, badımcan, bibər, balqabaq almağa "da" deyəcək

1 Mart 2018 18:11

Rusiyanın Federal Baytarlıq Nəzarəti Xidməti martın 5-dən Türkiyədən nar, badımcan, bibər, balqabaq və digər tərəvəzlərin idxal olunmasına icazə verəcək. Məlumata görə, qurum Türkiyədən balqabaqkimilər fəsiləsindən olan digər tərəvəzlərin idxalına qoyulan qadağanın aradan qaldırılmasına qərar verib.

"Beşiktaş" onun transfer hüququna yiyələndi

1 Mart 2018 18:08

Türkiyə çempionu "Beşiktaş" İngiltərənin "Sunderland" klubundan icarəyə götürdüyü Cermeyn Lensin transfer hüququnu da alıb. Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, hollandiyalı futbolçunun transfer hüququnu almaq üçün qarşı tərəfə əlavə 4 milyon avro ödənilib.

Mauro İkardi dünya çempionatına aparılmayacaq

1 Mart 2018 18:05

DÇ-2018-də Argentina yığmasının heyətinə daxil edilməyən "İnter"in kapitanı Mauro İkardi üçün yeni iddia ortaya atıldı.  "İnter"dəki performansı ilə "Real", "Mançester Yunayted" kimi klubların diqqətini çəkən forvard Rusiyadakı mundialda özünü özünü yaxşı tərəfdən göstərərək daha sərfəli təkliflərə hazırlaşırdı.

Moskva Dövlət Universitetinin binasında tüstülənmə

1 Mart 2018 18:03

Rusiya paytaxtında Moskva Dövlət Universitetinin Hüquq fakültəsinin binasında tüstülənmə olub. Tüstülənmə fakültənin 13 saylı korpusunun ikinci mərtəbəsində qeydə alınıb.

SON DƏQİQƏ: Ermənistandan kritik Türkiyə qərarı

1 Mart 2018 18:01

Ermənsitan 9 il öncə Türkiyə ilə imzalanan sənədlərə xitam verib. Bu barədə Ermənistan prezidenti Sarkisyan təşkil edilən Milli Təhlükəsizlik İclasında danışıb.

Ərli qadının "seks fantaziyası" sevgilisini xəstəxanalıq etdi

1 Mart 2018 18:00

Samsunda evli və 1 uşaq anası olan gənc qadın fəhlə işləyən sevgilisini bağlayıb, öncə kəmərlə boğazını sıxıb, sonra ağacla döyüb. Döyülən 3 uşaq atası E.A.(37) xəstəxanaya çatdırılıb. E.A. ilk tibbi müdaxilədən sonra həyati təhlükəsi olduğu üçün başqa bir xəstəxanaya köçürülüb.

Əbülfəs Qarayev Moldova nümayəndə heyəti ilə görüşüb

1 Mart 2018 17:57

Martın 1-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Moldova Respublikası Təhsil, Mədəniyyət və Tədqiqatlar Nazirliyi Aparatının rəhbəri Georq Postikenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. “OLAYLAR” xəbər verir ki, görüşdə Moldovanın Bakıdakı səfiri Georq Leuka, Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov, Moldova Yazıçılar Birliyinin sədri, şair Arkadi Suçevyanu, moldavan ədibləri Leo Butnaru, Nikolay Spetaru, İqor Volnitski və Azərbaycan Yazıçılar Birliyi (AYB) Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu iştirak edib.

Astara (Azərbaycan) – Astara (İran)  dəmir yolu bağlantısı ilə bağlı gələcək perspektivlər müzakirə olunub

1 Mart 2018 17:52

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla İran Yol və Şəhərsalma Nazirinin müavini, İran Dəmir Yolunun baş direktoru Səid Məhəmmədzadə arasında ikitərəfli görüş keçirilib. “OLAYLAR”-a Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, görüşdə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin icra vəziyyəti çərçivəsində Astara (İran) terminalının tikintisi, Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu bağlantısı ilə bağlı hərəkət perspektivləri müzakirə olunub.