Gündəm

Deputatlar arasında kütləvi dava - VİDEO

2 Mart 2018 09:10

Ukraynanın Lutsk şəhər şurasının deputatları arasında kütləvi dava baş verib. Torpaqların icarəyə verilməsi ilə bağlı qəbul edilən qərar qarşıdurmanın yaranmasına səbəb olub.

Cümhuriyyətə həsr edilən konfrans 

2 Mart 2018 09:09

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutu və Şabran Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Cümhuriyyət tariximiz - qürurumuzdur” mövzusunda konfrans keçirilib. Olaylar.az bildirir ki, Şabran Heydər Əliyev Mərkəzində təşkil olunan konfrans Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyəti İli” və "1918-cı il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" imzaladığı sərəncamları işığında keçirilib.

Mingəçevir Şəhər İcra Hakimiyyətində ÖLÜM HADİSƏSİ

2 Mart 2018 09:03

Mingəçevir Şəhər İcra Hakimiyyətində ölüm hadisəsi baş verib. İdarənin kargüzarlıq işləri ilə məşğul olan 1956-ci il təvəllüdlü İntizar Məmmədovanın ürək tutmasından qəfil halı pisləşib. Ətrafdakıların səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Türk ordusu strateji yüksəkliyi azad etdi

2 Mart 2018 09:02

Türkiyə odusu Afrində Raco yüksəkliyini terrorçulardan təmizləyib. Yüksəklik ətrafdakı məntəqələri nəzarətdə saxlamağa imkan verir. Ordu yüksəklikdən Raco kəndinə doğru hərəkətə keçib. Hazırda bölgədə şiddətli döyüşlər gedir.

İrəvanda aksiya

2 Mart 2018 09:00

Erməni Milli Konqresi və Ermənistan Xalq Partiyası İrəvanın Azadlıq meydanında aksiya təşkil edib. Aksiya 2008-ci ilin martın 1-də prezident seçkilərinin nəticələrinə etiraz edən müxalifətçilərlə polis arasında baş verən toqquşmalarda ölənlərin xatirəsini yad etmək məqsədi ilə təşkil olunub.

Beynəlxalq Mülki Müdafiə Gününə həsr olunan tədbir 

1 Mart 2018 20:18

 Azərbaycan Dillər Universitetində (ADU) Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının müdiri, dosent Sevda Zamanovanın təşkilatçılığı ilə 1 Mart-Beynəlxalq Mülki Müdafiə Günü münasibəti ilə tədbir keçirilib. ADU-nun Tərbiyə işləri üzrə prorektoru vəzifəsini icra edən Sərraf Hüseynov 1 mart tarixinin dünyanın 100-dən artıq ölkəsində Beynəlxalq Mülki Müdafiə Günü kimi qeyd edildiyini vurğulayıb. O, əlavə edib ki, universitetdə bu əlamətdar günlə bağlı tədbirin keçirilməsi tələbələrin maariflənməsinə öz töhfəsini verəcək.

Şəkərli diabetdən qorunmanın yolları

1 Mart 2018 19:05

Şəkərli diabet çox təhlükəli və hiyləgər xəstəlikdir. Uzun müddət ərzində diabet (söhbət 2-ci tip diabetdən gedir) özünü heç bir ciddi simptomla büruzə verməyə bilər.

Zobun müalicəsində qurbağa kömək edirmi?

1 Mart 2018 19:00

Çox güman ki, siz də bu haqda eşitmisiniz. Məsələn, uzun illər ərzində zob xəstəliyindən əziyyət çəkən filankəs qurbağanın köməyi ilə tam sağaldı. Bu mümkündürmü? Yoxsa heç bir tibbi əsası olmayan növbəti əfsanədir.

Təzyiqin qalxmasının əsas 10 SƏBƏBİ...

1 Mart 2018 18:55

Tibbi statistika göstərir ki, dünyada insanların 40% yüksək təzyiqdən əziyyət çəkir. Yüksək təzyiq çox təhlükəli haldır. Uzun müddət ərzində mövcud olan yüksək təzyiq ciddi pozulmalara (ürək-damar, böyrək xəstəlikləri, korluq, infarkt, insult) səbəb ola bilər.

“Android” əməliyyat sisteminin uşaqlar üçün versiyası təqdim edilib

1 Mart 2018 18:50

“Escudo Web” şirkətinin ekspertləri 7 yaşdan etibarən uşağın smartfondan təhlükəsiz istifadə etməsinin mümkünlüyü barədə düşünürlər. İspan şirkətinin yeni həlli bunu təsdiq edir.

“Facebook” istifadəçilərə iş tapmağa kömək edəcək

1 Mart 2018 18:40

“Facebook” rəhbərliyi bir neçə ölkədə sosial şəbəkə vasitəsilə iş axtarmağa və ya işçi heyətini seçməyə imkan verən funksiyanı istifadəyə verib. Bu barədə sosial şəbəkənin rəsmi bloqunda dərc edilən bəyanatda deyilir.  

Naftalan Mərkəzi Xəstəxanasının tikintisinə 6 milyon manatdan çox vəsait ayrılıb

1 Mart 2018 18:36

Prezident İlham Əliyev Naftalan Şəhər Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

“Android” sistemi ilə işləyən 10 ən güclü smartfon bəlli olub

1 Mart 2018 18:35

Smartfonların məhsuldarlığını yoxlayan “Antutu” xidməti “Android” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyən 10 ən güclü smartfondan ibarət reytinq tərtib edib. Sözügedən reytinq şirkətin rəsmi saytında dərc olunub.