Gündəm

Burakla Fahriyenin arası dəydi: küsülüdürlər

2 Mart 2018 09:44

Evləndikləri hələ bir il olmayan aktyor Burak özçivitlə aktrisa Fahriye Evcenin arası dəyib. Cütlük eyni evdə iki yad insane kimi yaşayır. Burakla Fahriyenin küsülü olması ötən gün təşkil edilən “GQ” jurnalının mükafatlandırma mərasimində üzə çıxmışdı. Gecəyə tək qatılan Özçivit həyat yoldaşının işi olduğu üçün onunla gəlmədiyini bildirmişdi:

Ani cavab və ABŞ-a METEORİT YAĞIŞI – Dünən bir ERA BİTDİ

2 Mart 2018 09:41

Rusiya prezidenti Vladimir Putin Federasiya Şurasına illik müraciətində Rusiya silahlarının ən yeni nümunələrini nümayiş etdirdi. O vurğuladı ki, təqdim edilmiş silahlar dünyada analoqlara malik deyil və “istənilən təcavüzkarı ayıltmağa” hazırdır. “Rusiya müdafiə sistemi elə sistemlər alır ki, uzunmüddətli perspektivə onun təhlükəsizliyini təmin edəcək”, - Putin bildirdi.

Alman arxeoloq Tarix Muzeyində

2 Mart 2018 09:40

Tanınmış alman arxeoloqu, professor Harld Hauptmann və xanımı Salva Hauptmann AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində olublar. Muzeyin Xüsusi fondunun müdiri, t.ü.f.d. Afət Rüstəmbəyova qonaqlara elmi müəssisənin tarixi barədə məlumat verib. Bildirilib ki, muzeyin yerləşdiyi, Bakının ən gözəl memarlıq abidələrindən olan bina 1895-1897-ci illərdə tikilib və Azərbaycan milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyevin mülkü olub. Muzeyin binası Prezident İlham Əliyevin göstərişi ilə əsaslı təmir olunub.

Nəhəng palçıq vulkanı 30 il sonra növbəti dəfə püskürüb

2 Mart 2018 09:38

Bu gün səhər saat 04:38 radələrində Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən Torağay palçıq vulkanında püskürmə baş verib. Torağay palçıq vulkanı AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun ərazisinə daxildir.  Bu günədək vulkan 10 dəfə püskürüb.

Azərbaycan ilə Moldovanı sıx mədəni əlaqələr bağlayır

2 Mart 2018 09:37

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Moldova Azərbaycanlıları Konqresinin və Azərbaycan Yazıçılar Birliyi (AYB) nəzdində Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin dəstəyi ilə martın 1-3-də Bakıda Moldova ədəbiyyatı günləri keçirilir. Tədbir çərçivəsində Moldovanın tanınmış yazıçı və şairləri ilə görüşlər nəzərdə tutulub. Görüşlərdə Moldovada çap edilmiş Azərbaycan ədəbiyyatı nümunələri təqdim ediləcək. Bundan əlavə, moldovalı müəlliflərin kitablarının təqdimatı və bir sıra digər tədbirlər planlaşdırılıb.  Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Moldova Yazıçılar İttifaqının sədri Arkadi Suçevyanu başda olmaqla moldovalı ədiblərlə görüş keçirilib.

Coğrafiya İnstitutu: Azərbaycanda son 20-30 ilin ən mülayim qışını yaşayırıq

2 Mart 2018 09:34

Son dövrlərdə, təxminən son 20-30 il ərzində Azərbaycanda builki kimi mülayim qış keçməyib. Bunu özəl olaraq Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

Respublika Narkoloji Mərkəzində yanğın: 3 yaralı - FOTO (YENİLƏNDİ)

2 Mart 2018 09:33

Respublika Narkoloji Mərkəzində xəsarət alan 3 nəfərdən birinin vəziyyəti ağırdır. 3 saylı Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, xəsarət alan 1962-ci il təvəllüdlü Əliyev Mahir sol ayağının kəsilmiş yarası ilə xəstəxanaya daxil olub. Yanıq xəsarəti yoxdur.

Güclü zəlzələ - Tibetdə

2 Mart 2018 09:31

Çinin Tibet muxtar rayonunda 4,5 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 01:27-də qeydə alınıb. Yeraltı təkanların episentri Şiqadze dairəsində, ocağı isə 5 kilometr dərinlikdə yerləşib.

Məşhur rəqs ansamblı ölkəmizə gəlir

2 Mart 2018 09:26

“British Council Azərbaycan” Böyük Britaniyanın ölkəmizdəki səfirliyi, “YARAT” Müasir İncəsənət Məkanı və Nizami Kino Mərkəzi ilə əməkdaşlıq və tərəfdaşlıq şəraitində "Deaf Men Dancing" rəqs ansamblı tərəfindən səhnələşdirilmiş “Ten” rəqs tamaşasını təqdim edir. “British Council”ın “Unlimited" proqramının tərkib hissəsi kimi həyata keçirilən bu layihə incəsənət fəaliyyəti ilə məşğul olan məhdud imkanlı insanların məkanlara, prodüserlərə və qərar qəbul edən məmurlara çıxışının təmin edilməsi və bu insanların inklüziv əsər yaratmaq və təqdim etmək bacarıqlarının inkişaf etdirilməsi yolu ilə onları dəstəkləyir.

ABŞ-dan Rusiyaya NÖVBƏTİ İTTİHAM

2 Mart 2018 09:22

Rusiya beynəlxalq müqavilələri pozur. Bu barədə Rusiya prezidenti Vladimir Putinin bəyanatlarını şərh edən ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Xezer Nauert bildirib.

Türkiyə ordusu şəhid verdi

2 Mart 2018 09:21

Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində PKK terror təşkilatının Suriya qolu PYD/YPG-yə qarşı martın 1-də həyata keçirdiyi "Zeytun budağı" əməliyyatı zamanı 8 türk əsgəri şəhid olub, 13 nəfəri isə yaralanıb. Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bununla da Türkiyə ordusunun Zeytun budağı əməliyyatı zamanı şəhid olan əsgərlərinin sayı 41 nəfərə çatıb.

Mart ayının ilk həftəsi Musiqili Teatrda

2 Mart 2018 09:17

Azərbaycan Dövlət Musiqili Teatrında mart ayının ilk həftəsonunda maraqlı tamaşalar nümayiş olunacaq. Qurumun mətbuat xidmətindən Olaylar.az- a bildirilib ki, teatrsevərlərə 2 mart saat 19:00-da “Ər və arvad” (Ü.Hacıbəyli), 3 mart saat 19:00-da “Amerikalı kürəkən” (R.Mirişli,M.Haqverdiyev), 4 mart saat 19:00-da isə “Molla Nəsrəddinin beş arvadı” (İ.Sadıqov) tamaşaları təqdim olunacaq. Teatr həmişə olduğu kimi, bu dəfə də balaca tamaşaçılarının zövqunü oxşayan macəra dolu, rəngarəng süjet xətti olan nağıl-tamaşaları ilə onların yolunu gözləyir. 3 mart saat 12:00-da ana dilimizdə “Qırmızı papaq” (E.Sabitoğlu,Y.Şvarts), 4 mart saat 12:00-da isə rusdilli balacalar üçün “Yağış göbələyinin macərası” tamaşaları göstəriləcək.

Mehriban Əliyeva və Leyla Əliyeva “Bir ailə” bədii filminin təqdimatında iştirak etdi

2 Mart 2018 09:16

Martın 1-də Nizami Kino Mərkəzi və “Ədibin Evi”nin təşkilatçılığı ilə Mir Cəlal Paşayevin 110 illik və Qara Qarayevin 100 illik yubileyləri münasibətilə Azərbaycan mədəniyyətinin bu görkəmli xadimlərinin birgə ərsəyə gətirdiyi “Bir ailə” bədii filminin təqdimat mərasimi keçirilib.  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.

Bakıda tanınmış travmatoloqu maşın vuraraq öldürdü - (YENİLƏNDİ)

2 Mart 2018 09:14

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub. Vurulan piyada Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkim-travmatoloqu, 1938-ci il təvəllüdlü İsmayılov Nadir İsmayıl oğludur. N.İsmayılov uzun müddət idi ki, sözügedən institutda həkim kimi fəaliyyət göstərirdi. ***

“Yeni nəsil” layihəsi davam edir - Muğam Mərkəzində

2 Mart 2018 09:13

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin IV kurs tələbələri tərəfindən (“Sabah” qrupu) hazırlanmış Mirzə Fətəli Axundzadə “Hekayəti müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur” tamaşası nümayiş olunub. Tamaşa Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Yeni nəsil dəvət edir” birgə layihəsi çərçivəsində reallaşıb. Bu tamaşanın səhnəyə qoyulmasında məqsəd gənc nəslə müasir dövrə uyğun şəkildə, yeni formatda M.F.Axundzadənin yaradıcılığını çatdırmaqdır.