Respublika Narkoloji Mərkəzində yanğın: 3 yaralı - FOTO (YENİLƏNDİ)

Respublika Narkoloji Mərkəzində xəsarət alan 3 nəfərdən birinin vəziyyəti ağırdır. 3 saylı Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, xəsarət alan 1962-ci il təvəllüdlü Əliyev Mahir sol ayağının kəsilmiş yarası ilə xəstəxanaya daxil olub. Yanıq xəsarəti yoxdur.

Respublika Narkoloji Mərkəzində xəsarət alan 3 nəfərdən birinin vəziyyəti ağırdır.

3 saylı Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, xəsarət alan 1962-ci il təvəllüdlü Əliyev Mahir sol ayağının kəsilmiş yarası ilə xəstəxanaya daxil olub.

Yanıq xəsarəti yoxdur.

***

Yanğın zamanı 30-a yaxın xəstə təxliyyə edilib. Yanğın zamanı 3 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Yaralılar 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

***

Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində yanğınsöndürmə işləri davam edir.

Saat 08:18-də yanğın məhdudlaşdırılıb. Yanğının yayılma təhlükəsi yoxdur.

Əlavə məlumat veriləcək.

***

Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzinin binasında yanğın baş verib.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri, eləcə də "təcili tibbi yardım" briqadaları cəlb olunub.

Yanğın zamanı 1 nəfər ölüb. Meyiti aşkar edilən şəxsin Mərkəzdə müalicə alan xəstələrdən biri olduğu və hazırda şəxsiyyətinin məlum olmadığı bildirilir. Ölənlərin sayının artma ehtimalı var.

Azərbaycan Baş Prokurorluğunun yüksək vəzifəli şəxsləri hadisə yerinə cəlb olunublar.

Yanğınsöndürmə işləri davam edir. Publika.az. Report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31