Məşhur rəqs ansamblı ölkəmizə gəlir
“British Council Azərbaycan” Böyük Britaniyanın ölkəmizdəki səfirliyi, “YARAT” Müasir İncəsənət Məkanı və Nizami Kino Mərkəzi ilə əməkdaşlıq və tərəfdaşlıq şəraitində "Deaf Men Dancing" rəqs ansamblı tərəfindən səhnələşdirilmiş “Ten” rəqs tamaşasını təqdim edir. “British Council”ın “Unlimited" proqramının tərkib hissəsi kimi həyata keçirilən bu layihə incəsənət fəaliyyəti ilə məşğul olan məhdud imkanlı insanların məkanlara, prodüserlərə və qərar qəbul edən məmurlara çıxışının təmin edilməsi və bu insanların inklüziv əsər yaratmaq və təqdim etmək bacarıqlarının inkişaf etdirilməsi yolu ilə onları dəstəkləyir.
2 Mart 2018 09:26 Mədəniyyət"British Council Azərbaycan" Böyük Britaniyanın ölkəmizdəki səfirliyi, "YARAT" Müasir İncəsənət Məkanı və Nizami Kino Mərkəzi ilə əməkdaşlıq və tərəfdaşlıq şəraitində "Deaf Men Dancing" rəqs ansamblı tərəfindən səhnələşdirilmiş "Ten" rəqs tamaşasını təqdim edir. "British Council"ın "Unlimited" proqramının tərkib hissəsi kimi həyata keçirilən bu layihə incəsənət fəaliyyəti ilə məşğul olan məhdud imkanlı insanların məkanlara, prodüserlərə və qərar qəbul edən məmurlara çıxışının təmin edilməsi və bu insanların inklüziv əsər yaratmaq və təqdim etmək bacarıqlarının inkişaf etdirilməsi yolu ilə onları dəstəkləyir.
"YARAT" Müasir İncəsənət Mərkəzində "Ten" adlı rəqs tamaşası martın 12-də, Nizami Kino Mərkəzində isə martın 13-də nümayiş olunacaq. Martın 9-da Gənc Tamaşaçılar Teatrında "Bir günəş altında" tamaşasının premyerası olacaq. Tamaşa, həmçinin martın 13-də Nizami Kino Mərkəzində, martın 15-də isə "YARAT" Müasir İncəsənət Məkanında da nümayiş olunacaq.
Qeyd edək ki, "Deaf Men Dancing" rəqs ansamblının bədii rəhbəri xoreoqraf və rejissor Mark Smitdir. Ansambl eşitmə qabiliyyəti məhdud olan peşəkar rəqqasları bir araya toplayır.