Cümhuriyyətə həsr edilən konfrans 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutu və Şabran Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Cümhuriyyət tariximiz - qürurumuzdur” mövzusunda konfrans keçirilib. Olaylar.az bildirir ki, Şabran Heydər Əliyev Mərkəzində təşkil olunan konfrans Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyəti İli” və "1918-cı il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" imzaladığı sərəncamları işığında keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutu və Şabran Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Cümhuriyyət tariximiz - qürurumuzdur" mövzusunda konfrans keçirilib.

Olaylar.az bildirir ki, Şabran Heydər Əliyev Mərkəzində təşkil olunan konfrans Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Xalq Cümhuriyyəti İli" və "1918-cı il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" imzaladığı sərəncamları işığında keçirilib.

Tədbirdən öncə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovla görüşüb. Görüşdə əhalinin maarifləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, 2018-ci ildə ölkəmizin ev sahibliyi edəcəyi beynəlxalq səviyyəli tədbirlər xatırlanaraq, Şabran sakinlərinə bu tədbirlərin mahiyyətinin izah olunmasının əhəmiyyəti vurğulanıb. Konfrans öz işinə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb. 

İcra başçısı maariflənmənin insan düşüncəsinin, təfəkkürünün inkişafında danılmaz rola malik olduğunu deyərək, Bilik Fondunun bu missiyanı uğurla daşıdığını diqqətə çatdırıb və Fondun Şabran rayonunun rəhbərliyi ilə birgə silsilə maarifləndirici layihələr həyata keçiriləcəyini bildirib.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov səmimi qarşılanmaya və xoş sözlərə görə icra başçısına təşəkkür edib.

İcraçı direktor çıxışında Fondun layihələrindən söz açıb, xüsusən "Azərbaycan Xalq Cümhuriyyəti İli"ndə planlaşdırılan tədbirlərdən danışıb. Oktay Səmədov şabranlıları Fondun layihələrində daha yaxından iştirak etməyə çağırıb, əhalinin qurumun yerli nümayəndəsi ilə mütəmadi əlaqə saxlayaraq, arzu və təkliflərini bildirmələrini xahiş edib və növbəti tədbirlərin məhz bu istəklər üzərində hazırlanacağını söyləyib.

AMEA-nın Ümumi tarix şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, Dövlət mükafatı laureatı Tofiq Mustafazadə "Azərbaycan Xalq Cümhuriyyətindən müstəqil Azərbaycan Respublikasına aparan 100 il" mövzusunda mühazirə ilə çıxış edib.

Fondun rayon nümayəndəsi, Şabran şəhər T.Abbasov adına 1 nömrəli tam orta məktəbin müəllimi Fikrət Şamxalov "Şabranda bolşevik və erməni-daşnak dəstələrinə qarşı mübarizə tarixi" adlı məruzəsində şabranlıların qəhrəmanlıq mübarizəsindən söz açaraq, onların düşmənə qarşı necə mətanətlə vuruşduqlarını tarixi faktlar əsasında diqqətə çatdırıb. 

Konfransda yekun nitqi ilə Rayon İcra Hakimiyyətinin başçısı N.Novruzov çıxış edib, tədbirin hazırlanmasında əməyi olanlara təşəkkürünü bildirib və Bilik Fondu ilə əməkdaşlığın zəruriliyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31