İrəvanda aksiya

Erməni Milli Konqresi və Ermənistan Xalq Partiyası İrəvanın Azadlıq meydanında aksiya təşkil edib. Aksiya 2008-ci ilin martın 1-də prezident seçkilərinin nəticələrinə etiraz edən müxalifətçilərlə polis arasında baş verən toqquşmalarda ölənlərin xatirəsini yad etmək məqsədi ilə təşkil olunub.

Erməni Milli Konqresi və Ermənistan Xalq Partiyası İrəvanın Azadlıq meydanında aksiya təşkil edib.

Aksiya 2008-ci ilin martın 1-də prezident seçkilərinin nəticələrinə etiraz edən müxalifətçilərlə polis arasında baş verən toqquşmalarda ölənlərin xatirəsini yad etmək məqsədi ilə təşkil olunub.

Şəhərin mərkəzi küçələri ilə yürüş edən etirazçılara həmçinin "Çıxış" blokundan deputatlar və həmin hərəkatın tərəfdarları da qoşulub.

Qeyd edək ki, 10 il əvvəl İrəvanda baş verən toqquşmalarda 8 etirazçı və 2 polis əməkdaşı ölüb. Hadisələrə görə indiyədək heç kim məsuliyyətə cəlb edilməyib. Apa

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31