Əbülfəs Qarayev Moldova nümayəndə heyəti ilə görüşüb

Martın 1-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Moldova Respublikası Təhsil, Mədəniyyət və Tədqiqatlar Nazirliyi Aparatının rəhbəri Georq Postikenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. “OLAYLAR” xəbər verir ki, görüşdə Moldovanın Bakıdakı səfiri Georq Leuka, Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov, Moldova Yazıçılar Birliyinin sədri, şair Arkadi Suçevyanu, moldavan ədibləri Leo Butnaru, Nikolay Spetaru, İqor Volnitski və Azərbaycan Yazıçılar Birliyi (AYB) Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu iştirak edib.

Martın 1-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Moldova Respublikası Təhsil, Mədəniyyət və Tədqiqatlar Nazirliyi Aparatının rəhbəri Georq Postikenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. "OLAYLAR" xəbər verir ki, görüşdə Moldovanın Bakıdakı səfiri Georq Leuka, Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov, Moldova Yazıçılar Birliyinin sədri, şair Arkadi Suçevyanu, moldavan ədibləri Leo Butnaru, Nikolay Spetaru, İqor Volnitski və Azərbaycan Yazıçılar Birliyi (AYB) Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu iştirak edib.

Nazir qonaqları salamlayaraq "Moldova ədəbiyyatı günləri"ni ikitərəfli əlaqələr üçün ciddi addım kimi dəyərləndirib. Bildirib ki, bu cür qarşılıqlı layihələr ümumilikdə Azərbaycan-Moldova arasındakı əməkdaşlığa stimul verir: "Tədbirə Moldovanın tanınmış mədəniyyət və ədəbiyyat xadimlərinin dəvət olunması ədəbiyyat adamlarının bir-birini tanımasına xidmət edir. Bu gün hər iki tərəfin bir-birinin ədəbi mühiti ilə tanışlığı cəmiyyətin ölkələrimiz arasında baş verən mədəni proseslərdən xəbərdar olmasına şərait yaradır".

Səfər çərçivəsində keçiriləcək görüşlərin səmərəliliyinə ümidvar olduğunu qeyd edən Əbülfəs Qarayev diqqətə çatdırıb ki, bu gün Azərbaycanla Moldova arasında əlaqələr yüksək xətlə inkişaf etməkdədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31