AzTU Almaniya universitetləri ilə razılaşmalar əldə edib
Azərbaycan Texniki Universitetinin (AzTU) “Maşınqayırma“ fakültəsinin dekanı, dosent Ərəstun Məmmədov Almaniyanın Berlin Texniki Universitetində (Berlin TU) keçirilən İCM–2018 (Konferenz zur Internationalisierung der Curricula MİNT–Fächer) adlı beynəlxalq konfransda iştirak edib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, konfrans universitet tələbələrinin tədris prosesi zamanı mübadilə proqramlarında iştirak etmələrini asanlaşdırmaq, əcnəbi tələbələrin öz təhsillərini bu universitetlərdə davam etdirmək proseslərinə kömək məqsədi ilə Riyaziyyat, İnformatika, Təbiət və Texniki elmlər – Fənləri (MİNT-Fächer) üzrə tədris planlarının (kurikulumlarının) beynəlmiləlləşdirilməsi yollarının axtarışına həsr edilib.
1 Mart 2018 16:59 SosialAzərbaycan Texniki Universitetinin (AzTU) "Maşınqayırma" fakültəsinin dekanı, dosent Ərəstun Məmmədov Almaniyanın Berlin Texniki Universitetində (Berlin TU) keçirilən İCM-2018 (Konferenz zur Internationalisierung der Curricula MİNT-Fächer) adlı beynəlxalq konfransda iştirak edib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, konfrans universitet tələbələrinin tədris prosesi zamanı mübadilə proqramlarında iştirak etmələrini asanlaşdırmaq, əcnəbi tələbələrin öz təhsillərini bu universitetlərdə davam etdirmək proseslərinə kömək məqsədi ilə Riyaziyyat, İnformatika, Təbiət və Texniki elmlər - Fənləri (MİNT-Fächer) üzrə tədris planlarının (kurikulumlarının) beynəlmiləlləşdirilməsi yollarının axtarışına həsr edilib.
Konfrans zamanı Avropanın nüfuzlu universitetlərinin digər ölkələrlə birgə ikili diplom verə bilən təhsil ixtisas və istiqamətlərinin yaradılması və bu zaman mədəniyyətlərarası dialoqların təşkili səviyyəsinin yüksəldilməsi, onların inteqrasiyası məsələləri diqqət mərkəzində olub.
Bununla belə, konfransda Azərbaycan Texniki Universiteti ilə Almaniyanın bir sıra nüfuzlu universitetləri arasında əməkdaşlıq haqqında kooperasiyaların yaradılması, birgə beynəlxalq layihə və proqramlarda iştirak etmə perspektivləri müzakirə edilib və mühüm razılaşmalar əldə olunub.
Qeyd edək ki, konfrans Alman Akademik Mübadilə Xidməti (DAAD), Ali məktəb rektorlarının Konfransı (HRK) və Almaniyanın ən güclü 9 Texniki Universitetini birləşdirən TU9 kimi nüfuzlu təşkilatların dəstəyi ilə keçirilib.