Dəmir yolunda MM üzrə nəzəri- praktik tədbirlər keçirilib

“Azərbaycan Dəmir Yolları” QSC-nin 2018-ci il üçün tədbirlər planına müvafiq olaraq, Biləcəri dəmir yolu qovşağında, “Təsərrüfat İdarəsi” MMC-də, Mühafizə İdarəsinin Bakı Mühafizə komandasında, Bakı-yük stansiyasında və digər müəsissələrdə “Mülki müdafiə və milli qurumlar tərəfindən fövqəladə halların effektiv idarə olunması” mövzusunda nəzəri-praktik tədbirlər keçirilib. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, tədbirin keçirilməsində məqsəd, işçilərə fövqəladə hallar zamanı əhalinin və əmlakın təhlükəsizliyinin təmin edilməsi vərdişlərini və fövqəladə hallar zamanı davranış qaydalarını öyrətməkdir.

"Azərbaycan Dəmir Yolları" QSC-nin 2018-ci il üçün tədbirlər planına müvafiq olaraq, Biləcəri dəmir yolu qovşağında, "Təsərrüfat İdarəsi" MMC-də, Mühafizə İdarəsinin Bakı Mühafizə komandasında, Bakı-yük stansiyasında və digər müəsissələrdə "Mülki müdafiə və milli qurumlar tərəfindən fövqəladə halların effektiv idarə olunması" mövzusunda nəzəri-praktik tədbirlər keçirilib. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən "OLAYLAR"-a bildirilib ki, tədbirin keçirilməsində məqsəd, işçilərə fövqəladə hallar zamanı əhalinin və əmlakın təhlükəsizliyinin təmin edilməsi vərdişlərini və fövqəladə hallar zamanı davranış qaydalarını öyrətməkdir.

Tədbirlərdə obyekt fövqəladə hallar komissiyasının üzvləri, mülki müdafiə qüvvələrinin komandir-rəis heyəti, hərbiləşdirilməmiş mülki müdafiə qüvvələri və mülki müdafiə qüvvələrinə cəlb edilməyən işçilər fəal iştirak ediblər.

Mülki müdafiə qüvvələrinin baş verə biləcək hər hansı bir fövqəladə vəziyyətin nəticəsinin aradan qaldırılmasına hazır olması barədə mülki müdafiə qüvvələrinin komandir-rəis heyətinə məsləhətlər verilib.

Tədbir iştirakçıları ilə qarşılıqlı fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31