Azərbaycanda yeni Assosiasiya yaradıldı-Südlə bağlı

Süd və süd məhsulları istehsalçılarının təşəbbüsü, İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyası təsis edilib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Assosiasiya süd və süd məhsullarının istehsalı sahəsində sahibkarlığın inkişafına, bu sahədə yeni texnologiyaların tətbiqinə, istehsalın və ixracın artmasına dəstək göstərəcək.

Süd və süd məhsulları istehsalçılarının təşəbbüsü, İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyası təsis edilib. İqtisadiyyat Nazirliyindən "Olaylar"a verilən məlumata görə, Assosiasiya süd və süd məhsullarının istehsalı sahəsində sahibkarlığın inkişafına, bu sahədə yeni texnologiyaların tətbiqinə, istehsalın və ixracın artmasına dəstək göstərəcək. Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyasının təsis yığıncağında Samir Eyyubov qurumun İdarə Heyətinin sədri seçilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31