Zahid Orucun topladığı imzalar MSK-ya təqdim edilib
11 aprel 2018-ci ildə Azərbaycanda keçirləcək növbədənkənar prezident seçkilərində namizədliyini müstəqil qaydada irəli sürmüş Zahid Oruc namizədliyinin qeydə alınması üçün topladığı imza vərələqrini MSK-ya təqdim edib. “Olaylar” xəbər verir ki, bu barədə Zahid Orucun Seçki qəargahından məlumat verilib .
1 Mart 2018 16:35 Siyasət11 aprel 2018-ci ildə Azərbaycanda keçirləcək növbədənkənar prezident seçkilərində namizədliyini müstəqil qaydada irəli sürmüş Zahid Oruc namizədliyinin qeydə alınması üçün topladığı imza vərələqrini MSK-ya təqdim edib. "Olaylar" xəbər verir ki, bu barədə Zahid Orucun Seçki qəargahından məlumat verilib . Bildirilib ki, 15 fevralda götürülmüş imza vərəqlərinin qanunvericiliyin tələb etdiyi dislokasiyaların sayı üzrə paylanmasına başlanılıb. Seçki Qərargahından bidirilib ki,15 fevralda götürülmüş imza vərəqlərinin qanunvericiliyin tələb etdiyi dislokasiyaların sayı üzrə paylanmasına başlanılıb.Millət vəkili kimi fəaliyyət göstərdiyi dövrdə Zahid Oruca yaxın olan insanlar,eyni zamanda, onun daşıdığı siyasi kursa sadiq adamlar və könüllü şəxslər hesabına 67 dairədən 44624 imza toplanıb,digər sənədlər, yəni, gəlir və əmlak deklarasiyası ilə birgə bu gün MSK-ya təqdim olunub. Qeyd edək ki,imzaların toplanması zamanı bir çox spesifik ictimai və sosial amillər nəzərə alınıb, xüsusilə, təşkilati işlərin görülməsi zamanı namizədin daha çox tanındığı bölgələrdə,o cümlədən, Bərdə ərazisində daha çox insanı əhatə etmək qərara gəlinib.