"Mona Liza" Luvrdan çıxarılacaq

Fransanın mədəniyyət naziri Fransuaza Nissen Leonardo da Vinçinin “Mona Liza” (Cokonda) əsərinin Parisin Luvr muzeyindən çıxarıla biləcəyini deyib. Məlumata görə, nazir bildirib ki, əsər müvəqqəti Lans şəhərində Luvrun filialında nümayiş etdirilə bilər. Bu məsələnin hazırda muzey rəhbərliyi tərəfindən müzakirə olunduğu barədə məlumat verilib.

Fransanın mədəniyyət naziri Fransuaza Nissen Leonardo da Vinçinin "Mona Liza" (Cokonda) əsərinin Parisin Luvr muzeyindən çıxarıla biləcəyini deyib. Məlumata görə, nazir bildirib ki, əsər müvəqqəti Lans şəhərində Luvrun filialında nümayiş etdirilə bilər. Bu məsələnin hazırda muzey rəhbərliyi tərəfindən müzakirə olunduğu barədə məlumat verilib.

Qeyd edək ki, "Mona Liza" sonuncu dəfə 1974-cü ildə Luvr muzeyini tərk etmişdi. O zaman əsər Moskva və Tokioda bir müddət nümayiş etdirilmişdi.  Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31