I “Karyera sərgisi” təşkil edilib

ASAN Könüllülük Məktəbinin “ASAN kadr” karyera mərkəzi və Bakı Ali Neft Məktəbi gənclərin məşğulluğunu artırmaq üçün 1-ci “Karyera sərgisi” təşkil edib. “OLAYLAR” xəbər verir ki, sərgidə 50-yə yaxın şirkət və Bakı Ali Neft Məktəbinin tələbələri və eyni zamanda, digər təhsil ocaqlarından tələbələr iştirak edib. Sərgi vətəndaşlara məşğulluq, iş, təcrübə imkanları təklif edib, habelə müxtəlif şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə peşəkar ünsiyyət qurmağa şərait yaradıb. Eyni zamanda, Bakı Limanının İnsan resursları departamentinin əməkdaşları iştirakçıların iş imkanları və iş tələbləri barədə verilən sualları cavablandırıblar.

ASAN Könüllülük Məktəbinin "ASAN kadr" karyera mərkəzi və Bakı Ali Neft Məktəbi gənclərin məşğulluğunu artırmaq üçün 1-ci "Karyera sərgisi" təşkil edib. "OLAYLAR" xəbər verir ki, sərgidə 50-yə yaxın şirkət və Bakı Ali Neft Məktəbinin tələbələri və eyni zamanda, digər təhsil ocaqlarından tələbələr iştirak edib. Sərgi vətəndaşlara məşğulluq, iş, təcrübə imkanları təklif edib, habelə müxtəlif şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə peşəkar ünsiyyət qurmağa şərait yaradıb. Eyni zamanda, Bakı Limanının İnsan resursları departamentinin əməkdaşları iştirakçıların iş imkanları və iş tələbləri barədə verilən sualları cavablandırıblar.
Sərginin əsas məqsədi savadlı, bacarıqlı, təcrübəli və iş potensialı ilə fərqlənən gənclərin dövlət və özəl qurumlarda işlə təmin olunmalarına dəstək olmaq və müəssisələrin mövcud iş vakansiyaları haqqında məlumat vermələri üçün şərait yaratmaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31