Əhmədin döyüşmədiyi yer qalmadı – Yeni oyun
Hizbullah “Müqəddəs müdafiə” adlı kompüter oyunu buraxıb. Oyun Beyrutda ictimaiyyətə təqdim edilib. Yeni oyunda əsas qəhrəman kimi Əhməd adlı Hizbullah döyüşçüsü göstərilib. Bu döyüşçünün Suriyanın Palmira, Hələb, Deyr əz-Zordakı döyüşlərdə iştirak etdiyi və missiyasını Livan-Suriya sərhədindəki döyüşlərdə başa vurduğu əks olunub.
1 Mart 2018 15:51 DünyaHizbullah "Müqəddəs müdafiə" adlı kompüter oyunu buraxıb. Oyun Beyrutda ictimaiyyətə təqdim edilib. Yeni oyunda əsas qəhrəman kimi Əhməd adlı Hizbullah döyüşçüsü göstərilib. Bu döyüşçünün Suriyanın Palmira, Hələb, Deyr əz-Zordakı döyüşlərdə iştirak etdiyi və missiyasını Livan-Suriya sərhədindəki döyüşlərdə başa vurduğu əks olunub.
Qeyd edək ki, oyun Həsən Alyam tərəfindən hazırlanıb.
Hizbullah kompüter oyunlarını 2006-cı ildən hazırlamağa başlayıb. Hizbullahın ilk oyunu "Xüsusi güc" adlanıb və İsrail-Livan münaqişəsindən bəhs edib. Kult.az