5 min illik mumiyada döymələr üzə çıxdı
İngiltərənin paytaxtı Londondakı “British Museum”da nümayiş etdirilən iki mumiyada döymələrin olduğu üzə çıxıb. Yeni texnoloji üsulla aparılan tədqiqatlar nəticəsində mumiyaların dərisində müxtəlif rəsmlərin olduğu kəşf edilib.
1 Mart 2018 15:25 Dünyaİngiltərənin paytaxtı Londondakı "British Museum"da nümayiş etdirilən iki mumiyada döymələrin olduğu üzə çıxıb. Yeni texnoloji üsulla aparılan tədqiqatlar nəticəsində mumiyaların dərisində müxtəlif rəsmlərin olduğu kəşf edilib.
Yeni kəşf, Afrikada döymələrin bilindiyindən min il əvvəl başladığını sübut edir. "Gebelein adamı" adlandırılan 5 min illik mumiyalar 100 ildir ki, sərgidədir.
Kişi mumiyasının qolunda vəhşi buğa və bir qoyun döyməsi olduğu aşkar edilib. Qadın mumiyasının sağ çiynində isə dörd ədəd S hərfi şəklində döymə tapılıb.
Mütəxəssislərin fikrinə görə, döymələr status, cəsarət və elmli olmağı təmsil edir. Qədim Misirdə sadəcə qadınlara döymə vurulduğu təxmin edilirdi. Son kəşf isə bu hipotezi də ortadan qaldırdı. Ölkə.az