Bakıda doğulan hər yüz körpədən 53-ü oğlan olub
2017-ci ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən Bakı şəhərində 30373 nəfər, gündə təxminən 83 nəfər körpə dünyaya gəlib.
1 Mart 2018 15:31 Sosial2017-ci ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən Bakı şəhərində 30373 nəfər, gündə təxminən 83 nəfər körpə dünyaya gəlib.
Bakı Statistika İdarəsi xəbər verir ki, bu göstərici ötən il 2016-cı illə müqayisədə 2885 nəfər azalıb. Doğulan körpələrin 346-sı əkiz, dördü üçəm olub. Yeni doğulan körpələrin 52,5 faizi (hər yüz körpədən 53-ü) oğlan, 47,5 faizi (hər yüz körpədən 43-ü) qız uşaqlarından ibarət olub. Ümumilikdə təbii artım 2017-ci ildə 2016-cı illə müqayisədə 2 783 nəfər düşüb. Oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31