Rusiya vətəndaşları Azərbaycanda səs verə biləcəklər - ÜNVANLAR

Azərbaycanda daimi yaşayan və ya müvəqqəti olan Rusiya vətəndaşları martın 18-də keçiriləcək RF Prezidenti seçkilərində iştirak edə biləcəklər. Rusiyanın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, seçicilər Bakı şəhəri, Bakıxanov küçəsi, 13 (səfirliyin konsul bölməsi) ünvanında yerləşən 8017 saylı seçki məntəqəsində səs verə bilərlər. Seçki məntəqəsi martın 18-i saat 08:00-dan 20:00-dək açıq olacaq.

Səsvermədə iştirak etmək üçün RF vətəndaşının şəxsiyyət vəsiqəsini təqdim etmək lazımdır.

Ətraflı məlumat üçün seçki məntəqəsinin nömrəsi: +99412-498-60-16, [email protected] və www.azerbaijan.mid.ru

Növbədənkənar səsvermə aşağıdakı ünvanlarda təşkil olunacaq:

- martın 3-ü saat 10:00-dan 16:00-dək - Şəki şəhəri, M.Ə.Rəsulzadə küç., 174 (Sabit Rəhman adına Dövlət Dram Teatrının binası);

- martın 10-u saat 10:00-dan 16:00-dək - Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küç., 99 (Lənkəran şəhər Mədəniyyət Mərkəzi);

- martın 17-si saat 10:00-dan 16:00-dək - Gəncə şəhəri, Heydər Əliyev meydanı, İnzibati bina (Rus icmasının otağı).

Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31