Milli Şuranın mitinq qərarına müxalifətin özündən etiraz
Radikal düşərgə deyəsən prezident seçkiləri ilə bağlı təlimat alıb. Söhbət seçki mübarizəsinə qoşulmaqdan yox, bu prosesə maneçilik yaratmaq, ona əngəl olmaq, nəticə etibarilə ictimai-siyasi sabitliyi pozmaqdan gedir. Hər halda Milli Şura adlanan qurumun təyin etdiyi mitinq belə deməyə əsas verir.
1 Mart 2018 14:32 SiyasətRadikal düşərgə siyasi oyunbazlıqda ittiham olunur
Radikal düşərgə deyəsən prezident seçkiləri ilə bağlı təlimat alıb. Söhbət seçki mübarizəsinə qoşulmaqdan yox, bu prosesə maneçilik yaratmaq, ona əngəl olmaq, nəticə etibarilə ictimai-siyasi sabitliyi pozmaqdan gedir. Hər halda Milli Şura adlanan qurumun təyin etdiyi mitinq belə deməyə əsas verir. Məlum olduğu kimi sözügedən qurum prezident seçkilərinə etiraz əlaməti olaraq kütləvi aksiya keçirməyi qərarlaşdırıb. Aksiyanın şüarları da artıq hazırdır və kifayət qədər də gülüncdür. Onlardan ikisinə diqqət edək. Seçki saxtakarlıqlarına son və namizədlərə bərabər imkanların yaradılması. Kifayət qədər məntiqsiz və əsası olmayan tələblərdir. Səbəbləri əslində aydın olsa da, yenə də diqqət yetirməyə lüzum var. Götürək birinci tələbi, yəni seçki saxtakarlıqlarına son qoyulması ilə bağlı əsassız əsaslandırmanı. Əvvəla ona görə əsassız əsaslandırma hesab etmək olar ki, hələlik seçki prosesinin ilk mərhələsindəyik. İndiki halda söhbət yalnız namizədlərin müvafiq imzaları toplayıb Mərkəzi Seçki Komissiyasına təqdim etməsi və qeydiyyata alınmasından gedir. Bildiyimiz qədər də bu prosesdə heç bir namizəd hər hansı problemlə üzləşməyib. Hər halda prezidentliyə namizədlərin hər hansı təzyiq və ya digər qeyri-qanuni hərəkətlə üzləşməmələri barədə verdikləri açıqlamalar belə deməyə əsas verir. Bu mənada Milli Şura adlanan qurumun seçki saxtakarlığına son tələbinin heç bir ciddi məna kəsb etmədiyi və yalnız qərəz, böhtana xidmət etdiyi aydın şəkildə ortaya çıxır. Digər tərəfdən seçki saxtakarlığı olsa belə, o yalnız səsvermə günü qeydə alına bilər. İndiki halda isə səsvermə gününə bir aydan da artıq vaxt qalıb. O üzdən hazırda belə bir iddia ilə çıxış etmək əvvəlcədən seçkinin nəticələrini şübhə altına almaq məqsədi daşıyır.
Ənənəvi mitinq qəhrəmanlarının digər bir tələbi namizədlərə qeyri-bəabər şəraitin yaradılmasına son qoyulması ilə bağlıdır. Yuxarıda qeyd etdiyimiz kimi sözügedən qüvvələrin heç biri seçki mübarizəsinə qoşulmayıb. Seçki prosesinəı qoşulmayan fərdin və ya qrupun, siyasi təşkilatın prezidentliyə namizədlərə qeyri-bərabır şəraitin yaradılması ilə bağlı iddiası da əsassız və gülüncdür. Əgər seçki prosesində iştirak etmirsənsə, namizədlərə qeyri-bərabər şəraitin yaradıldığını necə iddia edə bilərsən?
Ancaq görünən odur ki, Milli Şura adlanan qurumun kütləvi aksiya təyini nəinki Azərbaycan cəmiyyəti, heç müxalifət düşərgəsi tərəfindən də dəstək qazanmayıb. Hər halda ayrı-ayrı müxalifət partiyalarının mitinqlə baölı ortaya qoyduğu mövqe belə deməyə əsas verir. Xüsusilə, Milli Şura adlanan qurumun sədri Cəmil Həsənlinin qurumun aksiyasına dəstək üçün ünvanladığı müraciət bu düşərgədə ciddi etirazla qarşılanıb. Məlumat üçün qeyd edək ki, Cəmil Həsənli rəhbərlik etdiyi qurumun mitinqinə dəstək üçün etdiyi müraciətdə yalnız iki siyasi qurumun adını qeyd edib. Bunlardan biri Müsavat Partiyası, digəri isə REAL Hərəkatı olub. Daima müxalifətin birliyindən danışan Milli Şura və onun rəhbərliyinin özünün müxalifət daxilində parçalanma, ziddiyyət yaratmağa yönəlik fəaliyyəti ayrı-ayrı partiyaların kəskin tənqidinə səbəb olub. Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu da Cəmil Həsənlinin məlum müraciətini uzun illərdən bəri yürüdülən müxalifəti parçalama cəhdi kimi qiymətləndirib. O, bildirib ki, hər zaman müxalif düşərgənin birlik və bərabərliyindən danışan bir siyasi təşkilatın elə müxalifətin özünün daxilində ayrıseçkilik yaratması bu düşərgənin parçalanmasına hesablanıb: "Milli Şura adlanan müxalif qurumun sədri Cəmil Həsənlinin ümumxalq mitinqlərinin təşkil edilməsi ilə bağlı Müsavat Partiyasına və ReAl Hərəkatına etdiyi müraciətlə tanış oldum . Əslində ilk baxışdan müxalifəti birliyinə hesablanmış kimi normal görsənən bu çağırışın mahiyyəti bizləri və şəxsən məni üzdü və bir qədər də təəccübləndirdi. Bu səbəbdən Cəmil Həsənliyə səslənirəm ki, müxalifəti birliyə çağıran məlum müraciətinizi edən zaman konkret olaraq iki quruma səsləndikdə siyasi hərəkatları qıraqda saxlamaq cəhdinizlə elə müxalifəti parçalamış oldunuz. Kifayət qədər sosial bazası olan Gələcək Azərbaycan Partiyasını, Klassik Xalq Cəbhəsi Partiyası, ÜMİD Partiyası, Azərbaycan Xalq Partiyası, Böyük Azərbaycan Partiyası, Rifah Hərəkatı, NİDA Vətəndaş Hərəkatı, D18 Hərəkatı və digərlərini etirazın təşkili prosesindən uzaq saxlamaqla nə əldə etmək istəyirsiniz? Görəsən Siz həqiqətənmi düşünmədən bu müraciəti etmisiniz?! Düşünmürsünüz ki, digər müxalif qurumları qıraqda saxlamaq cəhdiniz yalnız və yalnız iqtidarın işinə yaramış olacaq?". Partiya sədrinin özlərinə görə, Milli Şura adlanan qurum və onun rəhbərliyi müxalifəti birləşdirmək əvəzinə, əksinə müxalifəti qütblərə böldüyünün fərqində deyil: "Sizlər daha mötəşəm aksiyaların hamılıqla, bütün siyasi qüvvələrin bərabər qaydada iştirakı ilə keçirilməsinə nə səbəbdən qarşı çıxırsınız? Bəlkə bunu bizə , cəmiyyətə də anladasınız, izahını verəsiniz. Nə səbəbdən müxalifətin vahid formada kütləvi aksiyalar təşkil etməsi sizi bu qədər narahat edir?. Əgər müxalifətin birgə ümumxalq etirazını təşkil edilməsində səmimisinizsə, buyurun digər siyasi qüvvələrə də səslənin, Vahid Mitinq Komitəsi yaradaq. Səmimiliyinizi yüz minlərlə auditorya qarşısında qoyun ortaya. Kim çağırışınıza qoşulmayacaqsa, xalq da görmüş olacaq. Xırda hislərlə yaşamağı, oyunbazlığı, siyasi alverləri qırağa qoymağın əsl zamanıdır. Əks halda unutmayın ki, iki siyasi qüvvənin zəif formada aksiyaları ilə sizlər yalnız və yalnız Azərbaycan müxalifətini dünya ictimaiyyətinə zəif göstərməklə məşğul olacaqsınız".
Süleyman