“Baku Bus” qəza törətdi, bir qadın öldü

Baku Bus MMC-nin 3 nömrəli avtobusu ölümlə nəticələnən qəza hadisəsi törədib. Hadisə şahidlərinin verdiyi məlumata görə, hadisə “Koroğlu” parkı ərazisi tərəfdə baş verib. Təxminən səhər 11 radələrində yolu keçmək istəyən 50 yaşlarında xanımı 3 nömrəli avtobus vurub. Qəza nəticəsində hələlik adı məlum olmayan piyada dünyasını dəyişib.

Baku Bus MMC-nin 3 nömrəli avtobusu ölümlə nəticələnən qəza hadisəsi törədib. Hadisə şahidlərinin verdiyi məlumata görə, hadisə "Koroğlu" parkı ərazisi tərəfdə baş verib. Təxminən səhər 11 radələrində yolu keçmək istəyən 50 yaşlarında xanımı 3 nömrəli avtobus vurub. Qəza nəticəsində hələlik adı məlum olmayan piyada dünyasını dəyişib.

Faktı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev təsdiqləyib. Bildirib ki, hadisə ilə bağlı məlumat veriləcək. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31