Politoloq: “Münaqişəni özümüzdən başqa kimsə həll etməyəcək” 

“BMT məsuliyyəti boynundan atır. Halbuki, Ermənistan BMT-nin 4 qətnaməsini yerinə yetirmir. BMT bunun səbəbini Ermənistan hakimiyyətindən soruşmaq əvəzinə hər zaman topu ATƏT-ə atır və "biz ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyirik" ifadələri ilə kifayətlənir”. Bunu politoloq Elxan Şahinoğlu deyib.

"BMT məsuliyyəti boynundan atır. Halbuki, Ermənistan BMT-nin 4 qətnaməsini yerinə yetirmir. BMT bunun səbəbini Ermənistan hakimiyyətindən soruşmaq əvəzinə hər zaman topu ATƏT-ə atır və "biz ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyirik" ifadələri ilə kifayətlənir". Bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, əslində bu məsələdə BMT baş katibini günahlandırmaq da olmur: "Çünki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-ü Minsk Qrupunun həmsədridir və əgər onlar istəyərlərsə Dağlıq Qarabağ məsələsini Təhlükəsizlik Şurasının gündəliyinə daxil edə bilər. Sadəcə, onlar bunu istəmirlər, ayrıca Ermənistan hakimiyyətinə də təzyiq etmirlər ki, bölgədə ədalətli sülh bərpa olunsun. Bu bir daha onu göstərir ki, münaqişəni özümüzdən başqa kimsə həll etməyəcək".

Qeyd edək ki, BMT Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyir. Bunu BMT-nin baş katibi Antoniu Quterreş Ermənistanın BMT yanında daimi nümayəndəsi ilə görüşü zamanı deyib. "Antoniu Quterriş BMT-nin ATƏT-in Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair səylərini davamlı olaraq dəstəklədiyini təsdiqləyib", - məlumatda deyilir.

Xatırladaq ki, Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə 822, 853, 874 və 884 saylı qətnamələr qəbul edib. Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31