Beynəlxalq münasibətlər sistemində gərginlik artır
Qərb, Birləşmiş Ştatlar Rusiyanı çökdürmək üçün bütün mümkün vasitələri işə salıb. Moskvaya qarşı həm iqtisadi, həm də hərbi təzyiqləri artıran Birləşmiş Ştatlar Rusiyanın Yaxın Şərqdəki varlığına son qoymaq üçün çalışsa da, lakin Moskvanı nəinki bu inadından döndərmək mümkün olur, əksinə şimal qonşumuz regionda daha da möhkəmlənmək istiqamətində düşünür.
1 Mart 2018 13:15 SiyasətBu gərginlik yeni müharibələr riskini artırır
Qərb, Birləşmiş Ştatlar Rusiyanı çökdürmək üçün bütün mümkün vasitələri işə salıb. Moskvaya qarşı həm iqtisadi, həm də hərbi təzyiqləri artıran Birləşmiş Ştatlar Rusiyanın Yaxın Şərqdəki varlığına son qoymaq üçün çalışsa da, lakin Moskvanı nəinki bu inadından döndərmək mümkün olur, əksinə şimal qonşumuz regionda daha da möhkəmlənmək istiqamətində düşünür. Hər halda Rusiyanın Əsədə qarşı dəstəyinin artması bütün bunlara əyani sübutdur. Görünən odur ki, Krım məsələsində Rusiyaya güzəştə gedən Qərb, Birləşmiş Ştatlar Suriya problemində eyni prizmadan çıxış etmək istəmir. Bu arada okeanın o tayından gələn xəbərlərdən aydın olur ki, Birləşmiş Ştatlar Rusiyaya qarşı üçüncü sanksiya paketi tətbiq etməyə hazırlaşır. Bu sanksiyalar əsasən Rusiyanın maliyyə və bank sektorunu hədəfə alacaq. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, maliyyə və bank sektorunu əhatə edə biləcək yeni sanksiyalar, bu ölkənin iqtisadi cəhətdən çökdürülməsinə hesablanıb. Onun sözlərinə görə, Rusiyanın maliyyə sektorunu vura biləcək sanksiyalar Azərbaycana da təsirsiz ötüşməyəcək. Politoloq deyib ki, sanksiyalar ölkəmizdə Rusiya bankını və bu ölkədən göndərilən maliyyənin kəskin azalmasına səbəb olacaq: "Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Yaxın Şərqdə və Şərqi Avropadakı siyasi-hərbi fəaliyyəti, Qərbi narahat edir. Demək olar ki, Birləşmiş Ştatlar, Rusiya-İran oxuna sanksiyalar tətbiq etməklə, regionda öz geosiyasi mövqeyini möhkəmləndirməyə çalışır. Qeyd edək ki, iki tərəfin toqquşduğu əsas meydan Suriyadı və burada tərəflərin bir-birinə zərbə endirməsi qeyri-rəsmi olaraq reallaşıb". Məhəmməd Əsədullazadə hesab edir ki, İranın Suriyada hərbi fəaliyətini genişləndirməsi, açıq İsrail-İran qarşıdurmasını aktuallaşdırır: "Göründüyü kimi ölkəmizlə qonşu olan İran, Birləşmiş Ştatlar başda olmaqla Qərblə hərbi-siyasi böhrana yuvarlanır. İsraillə -İran arasında hər hansı hərbi qarşıdurma İranın nəzərini Azərbaycan çəkə bilər. Çünki, Təl-Əvivlə ölkəmizin sıx siyasi-hərbi əməkdaşlığından rəsmi Tehran zamanla öz narazılığını açıq biruzə verir. Azərbaycan iki ölkənin mümkün hərbi toqquşmasında neytral mövqe tutmalı, mümkün qədər hər iki tərəflə dialoqda vasitəçi yer olaraq Bakını təklif etməlidir. Düzdür, rəsmi Tehran İsraillə mümkün dialoqa getməz və Bakının bu qərarına sərt münasibət sərgiləyər. Xatırlamaq lazımdır ki, rəsmi Tehran necə ki, Ermınistan-Azərbaycan münaqişəsində öz vasitəçiliyini ortaya qoyur və tərəfləri Tehrana dəvət edir, eyni analoji addımı da rəsmi Bakıda ata bilər. Bütün bunların fonunda Yaxın Şərqdə vəziyyət mürəkkəb olaraq qalır. Ona görə də Suriyada sülhdən və sabitlikdən danışmaq çox erkəndi. Suriya ətrafında yeni müharibələrin başlanması isə an məsələsidir". Politoloq deyib ki, bu arada NATO-nun Rusiya sərhədlərinə doğru irəliləməsi də Qərblə, Birləşmiş Ştatlarla Moskva arasında mövcud olan gərginliyin bir qədər də artmasına gətirib çıxaracaq: "Şərqi Avropada Birləşmiş Ştatlar NATO çətiri altında öz hərbi qüvvələrini Baltikyanı ölkələrdə və Rumıniya, Polşada yerləşdirir. NATO--nun "hərbi şengen" zonasını tətbiq etməsi, məhz Şərqi Avropada Rusiyanın artan hərbi aqressiyasına qarşı ön tədbirlərdir. Qeyd edim ki, ötən ilin sentyabrında Rusiyanın Belarus ərazisində keçirdiyi hərbi təlimlər zamanı bu ölkəyə yerləşdirdiyi ağır texnika və canlı qüvvənin çıxarılmasını tam başa çatdırılmayıb. Həmçinin Şimal dənizində və Kalininqrad istiqamətində Moskva nüvə başlıqlı raketlər yerləşdirməklə Birləşmiş Ştatların müttəfiqlərini nəzarətdə, Avropanı nüvə silahı ilə təhdid etməkdir. Göründüyü kimi Rusiya ilə Birləşmiş Ştatlar və NATO arasında silahlanma yarışı gedir. Bu, ən təhlükəli soyuq müharibə deməkdir. Bu soyuq müharibə Ukrayna və Suriyada isti münaqişənin başlanmasını gətirib çıxara bilər. Həmçinin Qarabağda da". Məhəmməd Əsədullazadə hesab edir ki, Rusiyaya qarşı sanksiyalar tətbiq edildikcə, rəsmi Kremlin Ukrayna, Mərkəzi Asiyaya və Cənubi Qafqaza təzyiqləri arta bilər: "Kremlin Cənubi Qafqaz siyasətində Azərbaycan pioritet ölkədir. Hazırda aparılan Qarabağ danışıqlarının bundan sonra da nəticəsiz olacağı şübhəsizdir. Qərblə Rusiya arasında konfrontrasiya Rusiyanın Qərbin Cənubi Qafqazdakı enerji maraqlarını hədəfə alma ehtimalını artırır. Moskva tərəfindən Ermənistanda yerləşdirilən "İsgəndər-M" raketləri birbaşa Cənubi Qaz kəmərini və Bakı-Tiflis-Ceyhan neft kəmərinə mümkün müharibədə tuşlana bilər.
Bunu Rusiyanın Ermənistanın əli ilə etməsində heç problem yoxdur. Ona görə də Qərb ölkələri öz geosiyasi və enerji maraqlarını qorumaq üçün Azərbaycana silah satışı embarqosunu götürməli, yeni müasir raketdən müdafiə sistemlərinin satılmasını həyata keçirməlidir. Bu, mümkün hərbi təcavüzə qarşı müdafiə sisteminin qurulması üçün əsaalandırılmalıdır. Hazırda beynəlxalq münasibətlər sistemində gərginlik davam edir. Bu gərginlik yeni müharibələr riskini artırır".
Füzuli