Ermənistanda hərbi hissə komandirinin müavini həbs olunub

Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Dərman Bazasından külli miqdarda oğurluq olub. Ermənistan Baş Prokurorluğunun məlumatında bildirilir ki, hərbi polisin apardığı araşdırma nəticəsində məlum olub ki, 2015-2017-ci illər ərzində N saylı hərbi hissədən (Mərkəzi Dərman Bazası) 40 milyon dram (təqribən 83 min ABŞ dolları) dəyərində dərman və avadanlıqlar oğurlanıb.

Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Dərman Bazasından külli miqdarda oğurluq olub. Ermənistan Baş Prokurorluğunun məlumatında bildirilir ki, hərbi polisin apardığı araşdırma nəticəsində məlum olub ki, 2015-2017-ci illər ərzində N saylı hərbi hissədən (Mərkəzi Dərman Bazası) 40 milyon dram (təqribən 83 min ABŞ dolları) dəyərində dərman və avadanlıqlar oğurlanıb. Faktla bağlı cinayət işi başlanıb, hərbi hissənin komandirinin müavini, mayor L. A. tutulub. Cinayətdə əli olan digər şəxslərin müəyyənləşdirilməsi üçün lazımı tədbir görülür. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31