Aktrisa Pərvin Abıyevanın iddia tələbi dəqiqləşdirildi
Türkiyədə yaşayan azərbaycanlı aktrisa Tunay Əliyeva ilə həmkarı Pərvin Abıyeva arasında qaldırılmış qarşılıqlı iddialar əsasında məhkəmə iclası davam etdirilib. Bu gün Səbail Rayon Məhkəməsində hakim Nurəddin Bağırovun sədrlik etdiyi prosesdə hər iki tərəfin iddia tələbi dəqiqləşdirilib. Daha sonra hər iki tərəfin nümayəndəsi vəsatət qaldırıb. Onlar linqivistiq ekspertizanın keçirilməsini tələb ediblər. Vəsatətlərə növbəti iclasda baxılacağı qərara alınıb.
1 Mart 2018 14:11 MədəniyyətTürkiyədə yaşayan azərbaycanlı aktrisa Tunay Əliyeva ilə həmkarı Pərvin Abıyeva arasında qaldırılmış qarşılıqlı iddialar əsasında məhkəmə iclası davam etdirilib. Bu gün Səbail Rayon Məhkəməsində hakim Nurəddin Bağırovun sədrlik etdiyi prosesdə hər iki tərəfin iddia tələbi dəqiqləşdirilib. Daha sonra hər iki tərəfin nümayəndəsi vəsatət qaldırıb. Onlar linqivistiq ekspertizanın keçirilməsini tələb ediblər.
Vəsatətlərə növbəti iclasda baxılacağı qərara alınıb.
Proses martın 5-də davam edəcək.
Qeyd edək ki, Tunay Əliyeva sosial şəbəkədə Pərvin Abıyevanı dəfələrlə tənqid edib, onunla bağlı müəyyən ifadələr yazıb. O, mətbuata verdiyi açıqlamasında həmkarını "1000 manatlıq fahişə" adlandırıb. Pərvin Abıyeva isə İnstaqram səhifəsində Tunay Əliyevaya cavab olaraq onun pul qarşılığında oğlanlarla görüşdüyünü iddia edib. Daha sonra hər iki tərəf məhkəməyə müraciət edib. Ölkə.az