Ucuz və keyfiyyətsiz qulaqcıqlar TƏHLÜKƏLİDİR - VİDEO
Hazırda satışda kifayət qədər ucuz və keyfiyyətsiz telefon qulaqcıqları var. Mütəxəsislər isə belə qulaqcıqların zərərləri ilə bağlı ciddi xəbərdarlıq edir. Qiyməti 70 qəpik və 1 manat arasında dəyişir. Bu cür qulaqcıqlara bir çox yerlərdə xüsusi ilə də metro çıxışlarında rast gəlmək olar. Elə qiymətinin ucuzluğu onun keyfiyyətinə, daha doğrusu keyfiyyətsizliyinə dəlalət edir. Həkimlər həyəcan təbili çalır. Çünki yol kənarında satışda olan bu cihazlar insan səhhətində müxtəlif fəsadlar törədə bilər.
1 Mart 2018 11:06 SosialHazırda satışda kifayət qədər ucuz və keyfiyyətsiz telefon qulaqcıqları var. Mütəxəsislər isə belə qulaqcıqların zərərləri ilə bağlı ciddi xəbərdarlıq edir. Qiyməti 70 qəpik və 1 manat arasında dəyişir. Bu cür qulaqcıqlara bir çox yerlərdə xüsusi ilə də metro çıxışlarında rast gəlmək olar. Elə qiymətinin ucuzluğu onun keyfiyyətinə, daha doğrusu keyfiyyətsizliyinə dəlalət edir. Həkimlər həyəcan təbili çalır. Çünki yol kənarında satışda olan bu cihazlar insan səhhətində müxtəlif fəsadlar törədə bilər.
Həkimin sözlərinə görə, bu cihazlar hətta ölümə də səbəb ola bilər. Sakinlər də bu qulaqcıqların zərərli olduğunu bildirklərini, amma ucuz olduğu üçün aldıqlarını deyirlər Həkimlər bildirirlər ki, qulaqcıqlar yumşaq materialdan olmalıdır. Sərt materialdan hazırlanan ucuz qiymətə olan bu cihazlar qulaqda sağalmaz zədələrə də səbəb olur. Xəzərxəbər