Rəqsanə Cini təhqir etdi

Müğənni Rəqsanə İsmayılova mahnısını oxuyan Cinə inanılmaz sözlər deyib. Məlumata görə, sənətçi verilişlərin birində bildirib ki, Cin onun “Bivəfa” bəstəsini pis günə qoyub: “Durub qırmızı-qırmızı mahnımı oxuyur, adımı çəkmir.

Müğənni Rəqsanə İsmayılova mahnısını oxuyan Cinə inanılmaz sözlər deyib. Məlumata görə, sənətçi verilişlərin birində bildirib ki, Cin onun "Bivəfa" bəstəsini pis günə qoyub: "Durub qırmızı-qırmızı mahnımı oxuyur, adımı çəkmir. Cindi, şeytandır bilmirəm nədir. İlk əvvəl məndən icazə almalıdır. Niyə mahnımdan istifadə edib, pul qazanırsan? Mən də durub "çox sağ ol" deyəcəm? Əlimdə sənətim var ki, onu Özbəkistandan necə gətizdirmişəm. Mahnının içində sözləri elə pis deyir ki, elə bil qarınağrısına düşüb. Bu gündən ona qadağa edirəm. Mahnımı hansısa radioda, kanalda eşitsəm, məhkəməyə verəcəm. Məni saymayıb, icazə almayanlara mahnımı oxumağı qadağa edirəm". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31