Güclü qar Çində nəqliyyat sistemini iflic etdi

Çinin şimalında güclü qarın yağması nəqliyyat sistemini iflic edib.  Məlumata görə, yerli vaxtla saat 17:30-dan (Bakı vaxtı ilə 13:30) sonra bütün avtomobil yolları bağlanıb. Həmçinin Çançun şəhərinin hava limanı da bağlanıb.

Çinin şimalında güclü qarın yağması nəqliyyat sistemini iflic edib.  Məlumata görə, yerli vaxtla saat 17:30-dan (Bakı vaxtı ilə 13:30) sonra bütün avtomobil yolları bağlanıb. Həmçinin Çançun şəhərinin hava limanı da bağlanıb. Hava limanı rəhbərliyi gözləyən sərnişinlər üçün isti yemək və içkilər təşkil edib. Şəhərin küçələrində yolları tez təmizləmək üçün əlaqədar qurumlar səfərbər edilib.

Meteoroloqlar sakinlərə evdə qalmağa üstünlük vermələrini məsləhət görürlər. AzNews.az dünya mətbuatına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31