Məmurun qıza yazdığı əxlaqsız mesajlar İFŞA OLUNDU: Aparım dağda ... 

Türkiyənin Diyarbəkir Təhsil İdarəsinin müdiri M.Y. (51) 24 yaşlı gənc qadın işçisi C.K.-nı (24) gizli nömrədən göndərdiyi SMS-lərlə təhdid edib. Müdirin qıza "Səni dağa qaldıracağam. Aparım dağda ..." kimi ifadələrlə əxlaqsız təkliflər etdiyi məlum olub.  

Təhsil idarəsi rəisi barədə 3 ilə qədər azadlıqdan məhrum edilməsi iddiası ilə proses başlanıb.

MESAJLARI POLİS ORTAYA ÇIXARTDI

C.K. 2016-cı ilin 6 avqust gecəsi polis bölməsinə gedərək gizli nömrədən bir kişinin ona intim xarakterli mesajlar yazdığı barədə məlumat verib. Şübhəlinin tapılması üçün hərəkətə keçən prokurorluq C.K.-ni 2 fərqli nömrədən narahat edən kişinin Diyarbəkir Təhsil İdarəsinin müdiri M.Y. olduğunu üzə çıxarıb.

İfadəsi alınan C.K. əvvəl iş yerində M.Y.-nin ona fiziki olaraq da təcavüz etdiyini, lakin sübut edə bilmədiyi üçün şikayət etmədiyini deyib.  Milli.az Haberler-ə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31